Kimya fakültəsi

Kimya fakültəsi 1973-cü ildə Kimya texnologiya adı altında yaradılıb və hazırda SDU-nun aparıcı fakültələrindən biridir. Fakültənin məzunları respublikamızın kimya və neft-kimya sənaye müəssisələrində müxtəlif rəhbər vəzifələrdə çalışırlar. Hazırda fakültədə 8 nəfər elmlər doktoru, professor, 36 nəfər dosent, 20 nəfər baş müəllim, 24 nəfər assistent və 52 nəfər laborant çalışır. Fakültədə 5 istiqamət üzrə kadr hazırlanır: Kimya Kimya-texnologiya, Biologiya, Coğrafiya Bakalavr: Təhsil müddəti 4 ildir.Bakalavr üzrə ixtisaslaşma: Kimya, kimya müəllimi, mühəndis, kimyaçı, texnoloq, bioloq, biologiya müəllimi, coğrafiyaşünas, coğrafiya müəllimi, ekoloq. Göstərilən ixtisası bitirən məzunlara bakalavr dərəcəsi verilir.Magistratura: Təhsil müddəti 2 ildir (Qiyabi şöbədə 2 il 6 ay). Magistratura ixtisasları: ''Ətraf mühitin mühəndis mühafizəsi'' (TEMPUS layihəsi), ''Dünyanın iqtisadi və sosial coğrafiyası'', ''Azərbaycanın fiziki coğrafiyası'', ''Botanika'', ''Mikologiya'', ''Bitki fiziologiyası'', ''Neft kimyası'', ''Analitik kimya'', ''Fiziki kimya'', ''Üzvi kimya'', ''Qeyri-üzvi kimya'', ''Yüksək molekullu birləşmələr kimyası'', ''Ətraf mühitin mühafizə metodları və bərpası'', ''Elektrokimya'', ''Ekologiya''. Fakültədə 11 kafedra fəaliyyət göstərir:Neft kimyası və kimya texnologiyasıÜmumi və qeyri-üzvi kimyaÜzvi və fiziki kimyaAnalitik kimyaKimya və biologiyanın tədrisi metodikasıEkologiya və təbiətdən istifadəÜmumi biologiya və təbiətşünaslığın əsaslarıEksperimental biologiyaÜmumi coğrafiyaTibbi hazırlıq və mülkü müdafiəBədən tərbiyəsi və idmanFakültədə 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir: Sənaye ekologiyası, Ətraf mühitin monitorinqi.Fakültədə müasir avadanlıqlarla təchiz olunmuş 18 tədris laboratoriyaları fəaliyyət göstərir.