Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi
Həsənalıyev Zeynal Mədət oğlu

20 yanvar 1953-cü ildə Dərələyəz mahalının Ələyəz kəndində anadan olmuşdur.
Orta məktəbi Dərələyəz mahalının Qovşuq kəndində bitirmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1976-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olunub
1982-ci ildə Tarix fakültəsini bitirmişdir
1989-cu ildə BDU-nun tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır
1991-ci ildə “Səfəvi dövlətinin ictimai-siyasi vəziyyəti (Alman səyyahı Adam Oleyarinin məlumatları əsasında)mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir
2005-ci ildə “Səfəvi dövləti XXVII əsrdə (Avropa səyyahlarının məlumatlarə əsasında)”doktorluq işini müdafiə etmişdir

ƏMƏK FƏALİYYƏTİ
1982-ci ildə BDU-nun Tarix fakültəsinin Qədim Dünya və Orta Əsrlər Tarixi kafedrasında baş laborant işləyib
Hal-hazırdaBeynəlxalq Münasibətlər kafedrasının professorudur
2006-cı ildən Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin dekanı kimi fəaliyyət göstərir
Tədris etdiyi fənnlər :
-Beynəlxalq münasibətlər tarixi
-Beynəlxalq münasibətlər tarixinin metodologiyası
30 məqalənin, 1 monoqrafiyanın, 2 kitabın müəllifidir
Elmi rəhbərliyi altında 5 aspirant müdafiə işi mərhələsindədir

TƏDQİQAT SAHƏSİ
“Yaxın və Orta Şərqdə terrozrizmə qarşı mübarizə“

SEÇİLMİŞ ƏSƏRLƏRİ
1.“XVIII əsr Səfəvi dövlətində toxuculuq və xalçaçılıq (Avropa səyyahlarının məlumatları əsasında)”.Tarix və onun problemləri jurnalı-Bakı, Adiloğlu, 2003, № 3
2.“Səfəvi dövlətində sikkə dövriyyəsi” Tarix və onun problemləri jurnalı-Bakı, Adiloğlu, 2003, № 4
3.“Səyyah gündəlikləri Kaşan şəhərinin sosial-iqtisadi həyatının bəzi məsələləri haqqında (XVII) Bakı, Azərbaycan Dövlət Pedaqoji Universitetin xəbərləri, nəşriyyatı, 2003, № 3
4.“Qərb müəllifləri XVII əsr Səfəvi dövlətinin maarifi haqqında” Tarix və onun problemləri jurnalı-Bakı, Adiloğlu, 2004, № 1
5.“Avropa səyyahları Səfəvi dövlətinin daxili və xarici ticarəti haqqında” Tarix və onun problemləri jurnalı-Bakı, Adiloğlu, 2004, № 2
6.“XVII əsr Səfəvi dövlətinin şəhər iqtisadiyyatı haqqında məlumatlar Avropa müəlliflərinin əsərlərində”, Bakı, Azərbaycan Dövlət Pedaqoji Universitetin xəbərləri nəşriyyatı, 2004, № 2
7.“XVII əsr Avropa səyyahları Təbriz haqqında” Bakı Dövlət Universitetinin xəbərləri, Bakı, BDU nəşriyyatı, 2004, № 2
8.“Azərbaycan Qərb səyyahlarının gözü ilə” Bakı Dövlət Universitetinin xəbərləri, Bakı, BDU nəşriyyatı, 2004, № 3
9.“Avropa müəlliflərinin əsərlərində” XVII əsr Səfəvi dövlətinin ordu quruculuğu haqqında məlumatlar-, Bakı, Azərbaycan Dövlət Pedaqoji Universitetin xəbərləri nəşriyyatı, 2004, № 3
10.“Kazakların Səfəvi torpaqlarına hücumu (Avropa səyyahlarının əsərlərində)” Azərbaycan Dövlət Pedaqoji Universitetin xəbərləri nəşriyyatı, 2004, № 3
KİTABLAR
1.“Səfəvi dövləti XVII əsrin 30-cu illərində (Adam Olearinin məlumatları əsasında”
2.XVII əsrdə Səfəvi dövlətinin beynəlxalq əlaqələri
Metodiki vəsaitlər :
1.“Avropa səyyahlarının məlumatları Səfəvi dövlətinin tarixini öyrənmək üçün mənbə kimi” Bakı Dövləq Universiteti nəşriyyatı, 2002-ci il
2.“Avropa səyyahlarının məlumatları Səfəvi dövlətinin beynəlxalq əlaqələrini öyrənmək üçün mənbə kimi” Bakı Dövləq Universiteti nəşriyyatı, 2008-ci il

Azərbaycan İctimai-Siyasi Universiteti

Azərbaycan İctimai-Siyasi Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsidir. Universitet 1991-ci ilin iyun ayından fəaliyyətə başlamış (əvvəlki adı Ali İctimai-Siyasi Kollec) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdır... daha ətraflı