Bakı Biznes Universiteti Universitet

Bakı, H. Zərdabi küçəsi, 88

Təsvir

Bakı Biznes Universiteti 1993-cü ildə yaradılmışdır. O, bazar iqtisadiyyatına keçid şəraitində yüksək ixtisaslı iqtisadçı mütəxəssislər hazırlayan özəl ali təhsil müəssisəsidir.

Bazar iqtisadiyyatına keçid yeni təfəkkürlü yüksək ixtisasli mütəxəssislərə, o cümlədən, beynəlxalq münasibətlər, kommersiya, biznes və sahibkarlığın digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac yaratmışdır. Bakı Biznes Universiteti ali təhsil müəssisəsi kimi bu problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasinin Təhsil Nazirliyinin 1993-cü ildə Bakı Biznes Universitetinə fəaliyyət üçün verdiyi qərara uyğun olaraq Nazirlər Kabinetinin 204 sayli sərəncamına əsasən Universitet lisenziya ilə təmin edilmişdir. Həmin lisenziya ilə Universitetdə bakalavr və magistr pillələrində mütəxəssis hazırlığı müəyyən edilmişdir.

Bakı Biznes Universitetində tədris prosesi 14 ixtisasda bakalavr və magistr hazırlığı üzrə 2 fakültə və 9 kafedra tərəfindən aparılır.

Universitetdə iqtisadiyyat, hüquq və biznes sahələri üzrə geniş profilli mütəxəssislər hazırlamaq üçün Azərbaycan Respublikasının tanınmış alim və mütəxəssisləri çalışırlar.

Tədris prosesinin əsas məqsədi hər bir tələbənin fərdi keyfiyyətlərinin üzə çıxması üçün şərait yaratmaqdır. Tədris prosesində aparıcı fənlər təlim vaxtının 80%-ni təşkil edir.

Tədris, ixtisas və elmi-tədqiqat təcrübələri dünya təcrübəsinə istinad edilərək müvafiq baza müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan istifadə etməklə aparılır.

Universitetdə iki mərhələdə - bakalavr və magistr pillələri üzrə mütəxəssislər hazırlanır. Tələbələr əyani və qiyabi təhsil alırlar.yuxarı

İxtisaslar:

  • Biznesin təşkili və idarəedilməsi
  • Mühasibat uçotu və audit
  • Marketinq (sənaye üzrə)
  • Menecment (sənaye üzrə)
  • Dünya iqtisadiyyatı
  • Maliyyə və kredit
  • Gömrük işinin təşkili
  • Vergi işinin təşkili və idarəedilməsi
  • Tərcümə (ingilis dili)
  • Beynəlxalq hüquq
  • İqtisadiyyatın hüquqi tənzimlənməsi
  • Dövlət və bələdiyyə idarəetməsi
  • İqtisadiyyat
  • Sənayenin təşkili və idarə edilməsi
Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: BBU
  • Сайт: Open Link
  • Ректор: İbad Musa oğlu Abbasov

Əlaqəli

Xəritəsi

Comments (14)

  1. Guest
    Guest 4 years ago
    gelen il buuniveristetin telebesiyəm İnşallah
  2. Guest
    Guest 4 years ago
    salam
  3. Guest
    Guest 4 years ago
    mən buranın tələbəsiyəm heç bir problem yoxdu hələ spedinyada alıram
  4. Guest
    Guest 4 years ago
    Salam Aleykum. Bilmek olar biznesin idare edilmesine en az qebul balı ne qederdir?
  5. Guest
    Guest 3 years ago
    Özəl universitetdi?
  6. Guest
    Guest 3 years ago
    Men 2000 ci il mezunuyam cox əla tədris müəsiəsidir hal hazırda dövlət işində işləyirəm
  7. Humay Çələbi-zadə
    Humay Çələbi-zadə 3 years ago
    Salam. sizde tarix muellimliyi üzre vakansiya varmı?
  8. Guest
    Guest 3 years ago
    4 il sonra bende burada okuyacam
  9. Guest
    Guest 3 years ago
    370balnan ödenişsize qebul ola bilerem?
  10. Guest
    Guest 3 years ago
    Buranın keçid balı necedi?
  11. Guest
    Guest 3 years ago
    Kecid balı
  12. Guest
    Guest 2 years ago
    Cox rüsvetxorluq baş alıb geden universitetdi.Oxumaga baxan yoxdu.Diploma belə şirinlik isteyirlər.
  13. Guest
    Guest a year ago
    Riyaziyyat uzre kesr qiymeti nece manat??
  14. Guest
    Guest a year ago
    Salam məndə bu universiteti istəyirəm biznesin idarəedilməsi inşAllah qəbul olaram