Azərbaycan Dövlət Dəniz Akademiyası Universitet

Bakı, Zərifə Əliyeva küç. 18 AZ1000

Təsvir

Regionda yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan

yeganə təhsil ocağı

 Azərbaycanda dənizçilik təhsilinin tarixi XIX əsrin sonlarından başlasa da, Azərbaycan Dövlət Dəniz Akademiyasının müstəqillik dövründə yaranması dənizçilik təhsilinin inkişafının yeni mərhələsinin başlanğıcı oldu.

Respublikamızda-dəniz ölkəsində yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan ali təhsil müəssisəsinin olmasının nə qədər önəmli olduğunu çox gözəl bilən uzaqgörən ölkə rəhbəri Heydər Əliyevin sərəncamı əsasında Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti olaraq təkcə Xəzər Dəniz Gəmiçiliyi üçün deyil, dünya sularında üzən yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Yarandığı ilk gündən Akademiya ulu öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi ölkəmizin üzv qəbul olunduğu Beynəlxalq Dəniz Təşkilatının  "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməsi haqqında" 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq təhsilini qurub. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanmış və müvafiq qaydada təsdiq edilərək  BDT tərəfindən qəbul edilib. Akademiya 012 sayı altında  dünya ali dəniz təhsili sisteminə daxil edilib.Diplomu dünyanın 170 ölkəsi tərəfindən tanınan akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki A. Makarov adına Dənizçilik Akademiyası tərkibində fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və 17 xarici ölkə dənizçilik ali məktəbləri ilə birbaşa əməkdaşlıq edən ali təhsil müəssisəsidir. 2016-cı ilin oktyabrından Azərbaycan Dövlət Dəniz Akademiyası Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının üzvüdür.  

Diplom və sertifikatları beynəlxalq səviyyədə tanınan Akademiyanın fəaliyyəti çoxşaxəli olmaqla həm yüksəkixtisaslı dənizçi kadrların hazırlanması, həm də onların ixtisasartırma və yenidən hazırlanması istiqamətlərilə müşayiət olunur.  Bu məqsədlə Akademiyada Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 saylı qərarı ilə "Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi" yaradılıb. 2014-cü ildən isə dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılmasını Akademiyanın nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi həyata keçirir. Təlim Tədris Mərkəzinin əsas məqsədi gəmi heyətlərinin və dəniz obyektlərində işləyən mütəxəssislərin Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri (DHSNÇ) haqqında Beynəlxalq Konvensiyanın və ona edilmiş əlavələrin tələblərinə və standartlarına uyğun hazırlanmasıdır. Mərkəzin nəzdində müvafiq ixtisaslar üzrə sıravi heyət mütəxəssislərinin hazırlanması da həyata keçirilir. Mərkəz Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasından GH-07/1 N-li 27.04.2014-cü il tarixli şəhadətnaməsini və Rusiya Federasiyası Registrinin Şəhadətləndirmə Sistemi tərəfindən 14.1234.026 N-li 27 noyabr 2014-cü il tarixli İSO 9001:2008 keyfiyyət sertifikatını almışdır. Təlim Tədris Mərkəzində 34 adda kurslar üzrə dinləyici hazırlığı həyata keçirilir. Gəmiçiliyin donanması yeni və müasir gəmilər hesabına zənginləşdikcə, Akademiyanın tədris prosesi də yeni trenajorlarla təmin edilir və laboratoriya şəbəkəsi genişlənir. Akademiyada tədrisin dünya standartlarına cavab verməsi məqsədilə müasir avadanlıq və trenajorlarla təchiz edilmə prosesi ardıcıl şəkildə davam etdirilir. Son bir ildə Beynəlxalq Konvensiyanın B-1/12 bölməsinin tələblərinə cavab verən «Engine room simulator ERS4000», «NT-4000», «TQS» və «NS-3000» trenajorları alınaraq tədris prosesində istifadə edilir. Eyni zamanda Akademiyanın tələbələrinin istifadəsində olan «Radar», «Naviqasiya», «Elektron xəritə çəkmə», «GMDSS» trenajorları buna misaldır.

Azərbaycan  Dövlət Dəniz Akademiyasında keyfiyyət sahəsində siyasət tədrisdə, təlim-trenajor mərkəzləri, dəniz nəqliyyatı mütəxəssislərinin təlimi və trenajor hazırlığı üzrə xidmətlərin yerinə yetirilməsi qaydasına və keyfiyyətə qoyulan tələbləri tənzimləyən beynəlxalq və milli standartların, norma və qaydaların şərtsiz yerinə yetirilməsinə əsaslanır və Akademiyada işlərin təşkilinin bütün səviyyələrini əhatə edir. Keyfiyyət sahəsində siyasət Akademiyada effektiv fəaliyyət göstərən keyfiyyət menecmenti sisteminə əsaslanır.

Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərinin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001 Beynəlxalq standartı ilə işləyir və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyət menecment sistemi tətbiq edilir.2015-ci ilin aprel ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2008 standartının yeni sertifikatı ilə işləyir.

2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) Azərbaycan Dövlət Dəniz Akademiyasının Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzində apardığı beynəlxalq auditin nəticələri əsasında ABS-in "Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları"na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABS-in uyğunluq sertifikatını əldə edib.

Bütün bunlar ixtisas  və dənizçi hazırlığını icra edən xidmətlərin beynəlxalq və milli standartlara cavab  verməsini təmin edir.

Öz profilinə görə regionda yeganə təhsil müəssisəsi olan Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətin nəticəsi kimi Akademiya tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Akademiyaya yeni rəhbər təyin olundu. Yeni rəhbərliyin uğurla həyata keçirdiyi köklü struktur dəyişiklikləri, məqsədyönlü kadr siyasəti Akademiyada tədris prosesini daha yüksək səviyyədə qurmaq imkanı yaradır. «Xəzər Dəniz Gəmiçiliyi»nin daim yüksək ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi keyfiyyətə üstünlük verilməsi şərti ilə reallaşır. «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin əsas kadr sütünu olan ADDA Cəmiyyət və onun sədri Rauf Vəliyevin daim diqqət və qayğısı ilə əhatə olunur. Təhsildə uğurlu nəticələrlə  fərqlənən məzunların işlə təmin olunması (zəmanət məktublarının verilməsi əsasında), onların karyera inkişafı, əlavə təhsil alması, habelə sosial müdafiəsinin gücləndirilməsi bu diqqətin nəticəsidir.

Akademiyada yetişən dənizçi kadrların beynəlxalq standartlara uyğun inkişafını təmin etmək məqsədi ilə hər il Dəniz Akademiyasının seçilmiştələbələri Qara dənizdəki gəmilərə yay üzmə təcrübəsinə göndərilir.

Akademiyanın zərbəçi və əlaçı tələbələri sırasından müvafiq seçimlər yolu ilə xarici ölkələrin dənizçilik ali məktəblərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti hesabına müddətli təhsilalma imkanının yaradılması da bu qəbildəndir.

Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində (bakalavriatura, magistratura, doktorantura) yüksək səviyyədə müasir standartlara cavab verən  tədris prosesi qurulub.

Hazırda ADDA-da 3 fakültə və 7 kafedra fəaliyyət göstərir. Akademiyada  1300-ə yaxın tələbə təhsil alır ki, onların da tədrisi, təlim-tərbiyəsi ilə 8 professor, 31 dosent, 64 baş müəllim və 50 assistent müəllim məşğul olur. Burada 10 ixtisas—"Dəniz naviqasiyası mühəndisliyi", "Gəmi energetik qurğularının istismarı mühəndisliyi", "Elektrik mühəndisliyi" , "Nəqliyyat tikinti mühəndisliyi", "Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi", "Nəqliyyat servisi", "Menecment", "Elektrotexnika, telekommunikasiya və radiotexnika mühəndisliyi", "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi",   və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasları üzrə tədris həyata keçirilir.

Bu gün Dəniz Akademiyasında təkcə ölkə gəncləri deyil, Türkiyə, Gürcüstan, Qazaxıstandan gələn tələbələr də təhsil alır.

Akademiyada müasir tədrisi təmin edən vasitələrdən biri də, «tədris gəmisi»dir. Tədris gəmisindən konvension ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik məşğələlərinin tədrisində və istehsalat təcrübələrinin keçirilməsində istifadə olunur. 2015-ci ilin sentyabrın 15-dənTədris gəmisi kimi ADDA tələbələrinin ixtiyarına verilən “General Əsədov” adına sərnişin gəmisində, digər müasir dünya standartlarına cavab verən gəmilərdə, Bakı Gəmiqayırma Zavodunda tələbələrimiz həm ixtisas fənlərini, həm də istehsalat təcrübəsini keçirlər.

Yüksəkixtisaslı dənizçi mütəxəssislər hazırlamaq üçün akademiya özünün maddi-texniki potensialını daim modernləşdirir, auditoriya, laboratoriya, tədris kabinələrini ən müasir texniki-təlim vasitələri ilə zənginləşdirir. Tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesi daim diqqət mərkəzindədir. Professor-müəllim və tələbə heyətinin səmərəli fəaliyyəti üçün Akademiyada hər cür şərait yaradılmışdır. Belə ki, akademiyada təhsil alan tələbələr tam təmirli, ödənişsiz yataqxana, gündə iki dəfə yemək, yaz-qış  geyimlərlə ödənişsiz təmin olunur. Akademiyanın yataqxanası əsaslı təmir olunaraq tələbələrimizin ixtiyarına verilmişdir. Onların təlabatını ödəyən,  azərbaycan, rus və ingilis dillərində çoxsaylı dənizçilik peşəsinə aid kitabla təmin olunmuş informasiya-resurs mərkəzi,  poliklinika, yeməkxana, idman zalları, hovuz vardır.

Dəniz Akademiyasının yeni korpusu da 2016-cı ildən tələbələrin istifadəsinə verildi. Kazım Kazımzadə küçəsi 127 ünvanda yerləşən dördmərtəbəli bina Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin vəsaiti hesabına əsaslı təmir edilərək ərazisi abadlaşdırılıb.

Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb.

Bu gün həm Azərbaycan Dövlət Dəniz Akademiyası, həm də Dənizçilik Kolleci qapılarını tələbələrin üzünə açaraq yeni tədris ilində fəaliyyətini uğurla davam etdirir.

Məsuliyyətli və şərəfli yolda - yüksəkixtisaslı, müasir dünyagörüşlü, peşəkar kadrların yetişdirilməsi istiqamətində böyük əmək sərf edən  ADDA-nın rektoru Ç.M.Əliyev bugün nəinki ADDA-da təhsil alan tələbə gənclərimiz üçün geniş imkanlar yaradır, eləcə də təhsilin keyfiyyətinin,  hər il ADDA-ya daxil olan tələbə kontingentinin təhsil göstəricilərinin yüksəldilməsi, onların ildən-ilə inkişafı, tələbə qəbulu prosesinə hazırlıq istiqamətində həyata keçirdiyi silsilə tədbirlərin nəticəsində Akademiyaya ildən-ilə yüksək hazırlıqlı məzunların (600-dən çox bal toplayan tələbələrin məhz ADDA seçimi ildən-ilə artır)  qəbulu baş tutur.

Dövlət gənclər siyasətinin prioritet istiqamətlərini rəhbər tutaraq Akademiyada Tələbə Elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, Tələbə Həmkarlar Komitəsi fəaliyyət göstərir.  Bu fəaliyyətin təsdiqi kimi 26-27 noyabr 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə respublikamızın əksər ali məktəblərinin iştirakı ilə ADDA-da keçirilən ümumrespublika ali məktəblərarası “Dil-karyeraya gedən yol”  müsabiqəsini qeyd etmək yerinə düşərdi. Beləcə, üçüncü dəfə eyniadlı müsabiqəyə ev sahibliyi edən ADDA respublikamızın tələbə gənclərinə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradır.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyinin bir hissəsi olan  ADDA gəncləri qərarları ilə Ulu öndərin gənclər siyasətinə sadiqliyini təsdiq edən Prezdident İlham Əliyevin «Neft gəlirlərini insan kapitalına» çevirmək istiqamətində səylə çalışaraq cəmiyyətin inkişafına öz töhfələrini verirlər.  

 

Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: ADDA
  • Сайт: Open Link
  • Ректор: Əliyev Çingiz Mansur oğlu

Əlaqəli

İxtisas23

  1. Menecment
  2. Elektrik mühəndisliyi
  3. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  4. Инженер по электронике, телекоммуникации и радиотехнике
  5. Инженер по автоматизации процессов
  6. Nəqliyyat tikintisi mühəndisliyi
  7. Инженер-электрик
  8. Инженер по организации перевозок и управлению на транспорте
  9. Dəniz texnikası və texnologiyası mühəndisliyi
  10. Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi
  11. Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi
  12. Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi (su nəqliyyatı üzrə)
  13. Nəqliyyat servisi (su nəqliyyatı üzrə)
  14. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
  15. Gəmi energetik qurğularının istismarı mühəndisliyi
  16. Dəniz naviqasiyası mühəndisliyi
  17. Инженер по морской технике и технологии
  18. Инженер по эксплуатации морской техники и оборудования
  19. Судоходство и управление движением судов
  20. Инженер по организации перевозок и управлению на транспорте (по водному транспорту)
  21. Инженер по судостроению и ремонту судов
  22. Инженер по эксплуатации судовых энергетических установок
  23. Инженер по морской навигации

Fakültə3

Xəritəsi

Comments (3)

  1. Guest
    Guest 4 years ago
    Какая- это группа
  2. Guest
    Guest 2 years ago
    1
  3. Guest
    Guest a month ago
    Сколько проходной балл ?