Haqqımızda

İnformasiya bolluğu, əlverişlilik, kreativlik. Bu keyfiyyətlərə 17 sentyabr 2012-ci ildə fəaliyyətə başlayan STUDENTS.AZ –Azərbaycanın bütün universitetləri layihəsi malikdir.

İstifadəçilərə bildirmək istəyirik ki, layihə peşəkar proqramçılar, dizaynerlər, psixoloqlar, müəllimlər tərəfindən spesifik və tələbkar auditoriya üçün işlənib hazırlanmışdır. Saytın ziyarətçilərinin 75%-i Bakı Ali məktəblərinə və ölkənin digər təhsil mərkəzlərinə qəbul olmaq istəyən potensial abituriyentlər və Azərbaycan vətəndaşlarıdır. Aparılan test-sorğuları əsasında tələbələr, abituriyentlər və onların valideynlərini maraqlandıran rubrikalar hazırlanıb: Azərbaycan universitetləri, reytinqlər, keçid balları, xaricdə təhsil. Resurs yalnız tələbələr üçün deyil, ali təhsillə maraqlanan hər kəs üçün hazırlanıb. Saytda Bakinin və digər şəhərlərin aparıcı universitetlərinin müqayisəsi aparılan reytinq də (saytdakı məlumatlar tez-tez yenilənir) yer alıb.

Layihəni hazırlayanlar ali məktəblərin fəaliyyətinin, onların yeni layihələrdə iştirakının, universitetlərdə təhsilin inkişafının operativ işıqlandırılmasına xüsusi diqqət ayırıb.

Gələcək tələbənin peşə seçimini asanlaşdırmaq üçün layihə ixtisas seçimi intellektual sistemini təklif edir. İSİS iki prinsip əsasında yaradılıb: qabiliyyət testi və abituriyentin təxmini balı. Zəruri məlumatı alaraq İSİS hesablayır və məlumat əsasında uyğun ixtisaslar siyahısını təqdim edir.

“İxtisas seçimi intellektual sistemi” bölməsi yeni tədqiqatlar əsasında hazırlanıb, “Keçid balları” rubrikası isə qəbul imtahanlarından sonra operativ olaraq yenilənir. Saytın istifadəçilərinin sayı gündən-günə artır. “Azərbaycanın ilk tələbə portalı” səhifəsi Facebook sosial şəbəkəsində də yaradılıb.

Təhsil müəssisəsi

Bakı Biznes Universiteti

Bakı Biznes Universiteti 1993-cü ildə yaradılmışdır. O, bazar iqtisadiyyatına keçid şəraitində yüksək ixtisaslı iqtisadçı mütəxəssislər hazırlayan özəl ali təhsil müəssisəsidir. Bazar iqtisadiyyatına keçid yeni təfəkkürlü yüksək ixtisasli mütəxəssislərə, o cümlədən, beynəlxalq münasibətlər, kommersiya, biznes və sahibkarlığın digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac yaratmışdır... daha ətraflı