Xaricdə ali məktəbə qəbul

Son vaxtlar xarici ali məktəblərə daxil olmaq istəyənlərin sayı artıb. Xarici Universitetlərə daxil olmaq prossesi Azərbaycan ali məktəblərinə daxil olmaqdan fərqlənir. Əvvəlcə xaricdə təhsilin əsas yollarını və növlərini deyəcəyik.

Hal-hazırda xaricdə təhsilin dörd əsas formasını qeyd etmək olar:

  1. Öz maddi vəsaitin hesabına daxil olmaq və oxumaq
  2. Tələbə mübadiləsi üzrə təhsil proqramı həyata keçirən təşkilat və digər strukturların maddi vəsaiti hesabına daxil olmaq və oxumaq.
  3. Təhsil Nazirliyinin həyata keçirdiyi dövlət xətti üzrə, təhsil sahəsində ikitərəfli razılaşma əsasında  Azərbaycan vətəndaşlarına ayrılan təqaüd hesabına xaricdə təhsil.
  4. 16 aprel 2007-ci il Azərbaycan Respublikasının Prezdidentinin №2090 sərəncamı ilə "2007-2015-ci illərdə üzrə Azərbaycan gənclərinin təhsil alması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil.

Şəxsi vəsaitlər

Birinci təhsil forması təhsil müəssisəsi ilə əlaqə yaratmaq, müsahibəni keçmək, şəxsi vəsaitlər hesabına yaşamaq və təhsil haqqının ödəməkdən ibarətdir. Təhsil haqqına təhsil müəssisəsində təhsilin ödənilməsi (əgər pullu təhsili seçmisinizsə), yaşamaq, yemək, həmçinin nəqliyyat və şəxsi ehtiyyaclar daxildir. Bu forma ölkəmizdə gənclər arasında daha çox yayılıb.

Təhsil proqramı həyata keçirən təşkilat və strukturlardan maddi yardım

Xaricdə təhsilin növbəti forması -bu, müxtəlif təşkilatların keçirdiyi müsabiqələr əsasında xaricdə təhsil proqramıdır. Azərbaycanda çox sayda belə təşkilat mövcuddur, belə proqramlar spektrı isə kifayət qədər genişdir. ACCELS ABŞ (Amerika təhsil şurası), World Learning, IREX, Böyük Britaniyanın British Council, Bakıda Almaniyanın DAAD təşkilatları, həmçinin Yunanıstan, Misir, Fransa,İtaliya, Yaponiya, Polşa və başqa ölkələrin səfirlikləri ölkəmizdə mübadilə proqramı elan edirlər.
Müsabiqədə qalib gələn tələbələrin nəqliyyat xərcləri daxil olmaqla bütün təhsil xərcləri bu proqram çərçivəsində ödənilir.

Təhil Nazirlyinin dəstəyilə xaricdə təhsil

Təhsil Nazirliyi ilə müxtəlif ölkələr arasında tələbə mübadiləsi sahəsində razılaşma əldə edilib. Xarici ali təhsil müəssisələrinə daxil olan tələbələr təqaüd alırlar. Azərbaycan tələbələri Rusiya, Türkiyə, Çin, Ukrayna və s. kimi tələbə mübadiləsi razılaşması əldə edilmiş ölkələrdə təhsil alır.

2007-2015 -ci il Azərbaycan gənclərinin təhsili üzrə Dövlət Proqramı

Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən edir. Dövlət Proqramına uyğun olaraq ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından prioritet sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil ocaqlarında təhsil alacaq gənclər bakalavr pilləsi üzrə 29 yaşınadək, magistratura, rezidentura və doktorantura pillələri üzrə isə 35 yaşınadək olan və “Seçim Qaydaları”nın 2.1 bəndində əks olunmuş tələblərə cavab verən Azərbaycan vətəndaşları sırasından 2 yolla seçilir.

- Sənədlərin Təhsil Nazirliyinə təqdim edilməsi Təhsil Nazirliyi tərəfindən ayrı-ayrı ölkələr üçün elan olunmuş və xarici ekspertlərin iştirakı ilə təşkil olunan müsabiqələr çərçivəsində həyata keçirilir.

- “Seçim qaydaları”nın 2.1.3. bəndinə uyğun olaraq təsdiq olunmuş prioritet ixtisaslar üzrə xarici ali təhsil müəssisələrinə özləri qəbul olanlar da Təhsil Nazirliyinə müvafiq sənədlərlə müraciət edə bilərlər. Bu zaman təhsil üçün nəzərdə tutulmuş təhsil müəssisəsi və ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 204s və 12 yanvar 2009-cu il tarixli, 7 s Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı”na uyğun olaraq seçilməlidir. Bu halda xaricdə təhsil almaq iddiasında olan şəxs seçim qaydalarında əks olunmuş sənədlərlə Təhsil Nazirliyinə müraciət edə bilər.

“Seçim qaydaları”nın 1.5 bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il xarici ölkələrdə təhsil almaq müddətlərini müəyyən edir, sənədlərin qəbulunu həyata keçirir və bu barədə rəsmi nəşrlərdə və internetdə məlumatlar çap etdirir.

Eyni zamanda, yuxarıda qeyd olunan “Seçim qaydaları”na əsasən Gənclərin xaricdə təhsillə bağlı bütün xərcləri – vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış, gündəlik qida, minimum zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin ödənilməsi (təşkilati xərclər daxil olmaqla) dövlət tərəfindən həyata keçirilir. Tələblərin təhsili ilə bağlı bütün xərclərin məbləği hər bir ölkə və ali təhsil müəssisəsi üzrə onun və ya tərəfdaş təşkilatın rəsmi təqdim etdiyi sənədlər əsasında ayrı-ayrılıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hesablanır və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

 

 

Təhsil müəssisəsi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi
29 noyabr 2011-ci il Azərbaycanın prezidenti Ilham Əliyevin göstərişi ilə Bakı Ali Neft Məktəbi yaradıldı. Ali Neft Məktəbinin yaradılmasında məqsəd neft sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Məktəbin qarşısına qoyduğu məqsədə tez və uğurla çatması üçün "Heriot-Watt" universiteti ilə razılıq imzalanıb... daha ətraflı