Kommersiya İxtisas

Təsvir

Kommersiya ən çox tələb edilən ixtisaslardan biridir. Bu sahə üzrə mütəxəssisin əsas vəzifəsi mənfəət əldə etməkdir. Bu fəaliyyət sahəsi çox genişdir və əsasında satış bacarığı dayanır. Geyim, kosmetika, avtomobil, daşınmaz əmlak, xidmət və s satmaq olar. Buna görə də fəaliyyət sahəsini müəyyənləşdirmək üçün ixtisaslaşmaq lazımdır: reklam sahəsində kommersiya, turizm sahəsində kommersiya və s. Kommersant şirkəti qiymət siyasətini nəzərə alaraq ən yüksək səviyyədə təmsil etməlidir.
 Kommersiya ixtisası üzrə təhsil alan tələbə bu fənləri öyrənir: fəlsəfə, informatika, ekologiya, tarix, statistika, riyaziyyat, marketinq, iqtisadi nəzəriyyə, maliyyə və kredit, mühasibat uçotu, menecment, əmtəəşünaslıq, vergi və vergitutma, kommersiya fəaliyyətinin təşkili və texnologiyası və s.
 Kommersiya ixtisası üzrə təhsilini başa vurmuş məzunlar müxtəlif mağazalarda, istehsal müəssisələrində, mehmanxanalarda, restoranlarda, turizm agentliklərində işləyə bilər.

Daha çox göstər

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt, Uzaq
  • Сектор: Azerbaijan

Əlaqəli

Comments (0)

Daha çox məlumat