Pəncəliyeva Aygün

Haqqımda

Pəncəliyeva Aygün Əmirəhməd qızı, 28 yaşım var. 9 ilə yaxın müəllimlik və tərcüməçi(şifahi) təcrübəm var.Azərbaycan Dillər Universitetinin tərcümə fakultəsini 2008-ci ildə bitirmişəm. Universitet illərindən fərdi və müxtəlif kurslarda fransız dili müəllimi, 2007-ci ildə "Le Carrefour" qəzetində fransız - Azərbaycan, Azərbaycan-fransız dillərində yazılı tərcüməçi işləmiş, 2008-ci ilin yayı Avropa Şurasının Bakı ofisində 2 aylıq təcrübə keçmişəm. 2009-cu ilin mart ayından 2013-cü ilin iyun ayına kimi Baku İnternational School-da(Quality School İnternational - BİS) baş müəllim kimi (Head French Teacher) içləmişəm və işlədiyim illər ərzində 6(4-5yaş isə fərdi)-18 yaşlı ingilisdilli uşaqlara fransız dili (eləcə də AP French - Advanced Placement French Language and Culture, Français pour maternelle-ana dili fransız dili olanlara fransız dili), eləcə də ingilis dilində şahmat dərsləri keçmişəm. 2009, 2010-ci illərdə Amerika Səfirliyinin dəstəyi ilə BİS müəllimləri üçün Bakıda keçirilən "First Aid" treninqində, 2012-ci ildə isə Tbilisidə keçirilən "First Aid" treninqində iştirak etmiş və ilkin təcili tibbi yardım proqramını uğurla başa vurmuşam. Eyni zamanda 2012-ci ilə Tbilisidə keçirilən "QSI(Quality School International) Regional Professional Development training and workshop"da, QSI - BIS "MOODLE" Workshop-da iştirak etmişəm. 2013-2014-cü illərdə Strazburqda baş tutan AŞPA sessiyalarında tərcüməçi və dinləyici kimi iştirak etmişəm. 2013-cü ildən etibarən fərdi fransız dili dərsləri(azərbaycandilli, rusdilli, ingilsidlli və digər. şəxslərə) verməkdə davam etmişəm. 2014-cü ilin oktyabr ayından isə "La Coccinelle" hazırlıq kurslarını açmışam və hazırda fəaliyyətimi orda davam etdirirəm. 2012-ci ildən fəaliyyət göstərən AGTAnın(Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası) həmtəsisçisi və üzvüyəm.

Fənlər: Xarici dil

Baxılıb: 798

 

Təhsil müəssisəsi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti – pedeqoji kadrların hazırlanması üzrə ali təhsil müəssisəsidir. Universitet 1921-ci ildə təsis edilmişdir. Mövcud olduğu dövr ərzində universitet ali təhsilli 100,000-dən artıq müəllim hazırlamışdır.Hal-hazırda universitetdə 7000-dən artıq tələbə təhsil alır... daha ətraflı