Kurslar
Kurslar üzrə axtarış

FULL COMFORT

Kursda üçölçülü qrafik üzrə məşğələlər keçilir. 3D Max və 3D Max Vray üzrə məşğələlər yüksək səviyyədə keçilir. Həmçinin AutoCAD proqramında çertyojların qurulması öyrədilir.

Keçirilən kurslar:

 

GALAXY Education & Consulting Company

GALAXY Education & Consulting Company kursları şirkətlərdə və dövlət müəssisələrində insan resurslarının idarə edilməsi üzrə treninqlər keçirir. Burada marketinqin əsasları, satışın səmərəliliyi üzrə dərslər keçilir, həmçinin bazar tədqiqatı sahəsində mütəxəssislər hazırlanır.

Keçirilən kurslar:

 

GOLD Language

Kursda abituriyentlərin ali məktəblərə, bakalavrların magistraturaya hazırlığı həyata keçirilir. Həmçinin xarici dillər üzrə yüksək səviyyədə məşğələlər keçirilir: ingilis, alman, rus, fransız, italyan, ərəb, ispan və türk dilləri. Burada kompyuter dərsləri də keçilir.

 

GRBS

Kurs əsasən ERP modelinin tədrisi ilə məşğul olur. SAP NetWeaver, Business Objects Education, SAP Enterprise Perfomance Management, SAP Customer Relationship Management, SAP Supplier Relationship Management, SAP ERP Financials, SAP ERP Human Capital Management, SAP Supply Chain Management
SAP ERP Procurement and Logistics Execution, SAP ERP Sales & Services, SAP ERP Product Development and Manufacturing, SAP ERP Corporate Services, SAP Business All-in-One və s. tədrisinə böyük diqqət ayrılır. Burada ingilis dili məşğələləri də təşkil edilir.

 

GTC

Kurs əsasən insan resurslarının idarə olunması üzrə mütəxəssislərin hazırlanmasını , həmçinin marketinq üzrə mütəxəssislərin hazırlanmasını və s. həyata keçirir.

Keçirilən kurslar:

 

GULF

GULF təhsil kurslarında beynəlxalq imtahanlara hazırlıq məşğələləri keçilir, mühasibat uçotu, həmçinin ingilis dili tədris edilir. Həmçinin burada veb dizayn və ya İT kursları keçə bilərsiniz. 
GULF kurslarının müəllimləri magistratura imtahanlarını uğurla verməyinizə kömək edəcəklər.

 

HAPPY LIFE

HAPPY LIFE uşaqlar üçün rəqs dərsləri təşkil edir, sağlamlıq kursları keçirir, həmçinin xanımlar üçün fitnes üzrə məşğələlər keçirir.

Keçirilən kurslar:

 

HEADSTART INTERNATIONAL

HEADSTART INTERNATIONAL təhsil mərkəzində sizə ingilis dili, mühasibat uçotu, idarəetmə fəaliyyəti ilə məşğul olmaq öyrədiləcək. Həmçinin mərkəzdə IELTS imatahanlarına hazırlıq aparılır.
Burada xaricilər üçün Azərbaycan dili kursları da mövcuddur.

 

IATM

IATM Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları üzrə kurslar keçirir.

Keçirilən kurslar:

 

IB-CLAB

IB-CLAB kursları əsasən xarici dillərin tədrisi ilə məşğul olur. Burada təcrübəli müəllimlər ingilis, alman və rus dilləri üzrə məşğələlər keçir.

Keçirilən kurslar:

Təhsil müəssisəsi

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Univesitetin ümumi sahəsi 49000 m2  olan 5 tədris korpusu, tələbə şəhərciyi vardır. Şəhərcikdə xarici tələbələr üçün 9 mərtəbəli 1 yataqxana korpusu və kommersiya əsasında fəaliyyət göstərən "Damla" korpusu yerləşir... daha ətraflı

Portalımız diqqətinizə Bakının ən yaxşı kurslarının siyahısını çatdırır. Bu, müxtəlif spektrli təhsil proqramlarının geniş seçimi təqdim edilən aparıcı təhsil portalıdır: abituriyent hazırlığı, xarici dil və magistratura hazırlığı, beynəlxalq imtahanlara hazırlıq və s. kurslar.

Əgər kurs axtarışındasınızsa, müasir dünyada bilik qazanmağa kömək edəcək təhsil proqramımızı seçin.

Bakı kurslarına yazılaraq asanlıqla xarici dil öyrənəcək və kompyuter biliklərini artıracaqsınız. Kataloqumuzda sizə təqdim edilən kurslarla özünüzü inkişaf etdirin.