Kurslar
Kurslar üzrə axtarış

EF ENGLISH FIRST

Tədris mərkəzi müxtəlif proqramlar üzrə kurslar keçirir. 4-9 yaş uşaqlar üçün ingilis dili, Small Stars (4-6 yaş), High Flyer (7-9 yaş) proqramları mövcuddur. Yeniyetmələrin xarici dil öyrənməsi üçün xüsusi proqramlar da var:

  • Trailbazers (10-12 yaş)
  • Trailbazer Teens (13-15 yaş) 

Həmçinin KET, PET, FCE imtahanlarına hazırlıq məşğələləri də keçirilir.

 

EFL

Kurs abituriyentlər üçün qəbul imtahanlarına hazırlıq məşğələləri təşkil edir. Həmçinin ümumi ingilis dili, biznes -ingilis dili, gündəlik ingilis dili üzrə məşğələlər keçirlir və intensiv ingilis dili proqramı mövcuddur. Kursda proqramların daha yaxşı qavranılması və sərbəst ünsiyyət üçün yay məktəbləri təşkil edilir. Conversation club fəaliyyət göstərir.

Burada uşaqlar üçün məktəbə hazırlıq məşğələləri keçirilir, xaricdə təhsil təşkil edilir.
Tələbələr kursun video klubunda ingilis dilində filmlər izləyə bilər.

 

EM-ART STUDIO

Təsviri incəsənət studiyasında akvarel, quaş (sulu boya), həmçinin tempera və yağlı boya ilə rəsm çəkmək öyrədilir.

Keçirilən kurslar:

 

ENGLISH LANGUAGE CLUB

ENGLISH LANGUAGE CLUB tələbələri üçün ingilis, rus və alman dilləri üzrə məşğələlər və abituriyentlər üçün ali məktəblərə hazırlıq məşğələləri təşkil edir. Həmçinin qızlar üçün sürücülük kursları var.

 

ENGLISH LANGUAGE SOLUTIONS Baku

Kursda ümumi ingilis dili üzrə məşğələlər keçirilir, həmçinin intensiv şəkildə dil öyrədilir. TOEFL və IELTS imtahanlarına hazırlıq məşğələləri də təşkil edilir. Məşğələlər yerli və xarici müəllimlər tərəfindən aparılır.

Keçirilən kurslar:

 

ENGLISH SCHOOL (1),(2),(3)

Kursda müxtəlif qruplar üçün müxtəlif metodika ilə ingilis dili məşğələləri keçirilir: ümumi ingilis dili, biznes -ingilis dili, gündəlik ingilis dili, həmçinin sürətli ingilis dili qavranması üçün intensiv metodika.

Keçirilən kurslar:

 

ESPERANTO

Esperanto tədris kursları müxtəlif təhsil proqramları təqdim edir:

  1. İngilis dili
  2. Fransız dili
  3. Alman dili
  4. Ərəb dili
  5. Azərbaycan dili
  6. Rus dili

Ümumi, həmçinin xüsusi ixtisaslaşmış kompyuter kursları:

  1. Ümumi İT kursları
  2. Dizayn
  3. 3D Max
  4. AutoCad
  5. Flash. 

Məktəbəqədər hazırlıq kursları, magistratura və ali məktəblərə hazırlıq kursları. Həmçinin mühasibat uçotu üzrə məşğələlər keçirilir.

 

ETI Azerbaijan

Kurs neft şirkətlərinin, kommersiya təşkilatlarının, həmçinin dövlət müəssisələrinin dil treninqlərini keçirir. Burada iki dil proqramı mövcuddur: ümumi və biznes-ingilis dili.
Daha məhdud sahələr üçün üçün tibb, bank işi və turizm üzrə xüsusi treninqlər də keçirilir.

Həmçinin rəsmi Azərbaycan və rus dilləri tədris edilir, şifahi və yazılı tərcümə öyrədilir və tədris müddətində imtahanlar keçirilir.

 

EXCELLENCE TRAINING CENTRE

Kurs mühasibat, bank işi, nağdsız ödənişlər, təcili pul köçürmələri və ödəmə sistemləri, elektron bank işi, valyuta əməlyatı, bank zəmanəti, qiymətli kağızlar, plastik kartlar, mühasibat uçotunun aparılması və digər sahələr üzrə treninqlər təşkil edir. Məşğələləri yerli və xarici müəllimlər keçirir. Müəllimlər arasında Azərbaycanın aparıcı banklarının mütəxəsisləri də var.

 

FATIMA FITNESS CLUB & CHILDREN EDUCATION (SELIXOVA S.V.)

Kursda uşaqlar üçün ingilis dili və rəsm dərsləri keçilir. Burada uşaqlar üçün rəqs məktəbi fəaliyyət göstərir, fortepiano dərsləri keçirilir. Həmçinin məktəbəqədər hazırlıq kursları da var. Kursun özünün qadın salonu, aerobika üçün trenajor zalı mövcuddur.

Təhsil müəssisəsi

Mingəçevir Politexnik İnstitutu

Bu institut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft ademiyasının filialı kimi başlamışdır. 2 il sonra Nazirlər Kabinetinin 427 say1ı 1993-cü il 04 avqust tarixli qərarı ilə Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır. İnstitutda aşağıdakı sahələr üzrə mütəxəssislər hazırlanır: iqtisadiyyatın idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, istilik və elektrik stansiyalarının idarə edilməsi, maşınqayırma texnologiyası, avtomobil və traktor, nəqliyyat vasitələrinin texniki istismarı , yol hərəkətinin təşkili, kabellərin elektroizolyasiyası və kondensatorlar texnikası, informasiya və avtomatlaşdırılmış idarəetmə sistemlərinin inkişaf etdirilməsi, nəqliyyat vasitələrinin təmiri və saxlanılması... daha ətraflı

Portalımız diqqətinizə Bakının ən yaxşı kurslarının siyahısını çatdırır. Bu, müxtəlif spektrli təhsil proqramlarının geniş seçimi təqdim edilən aparıcı təhsil portalıdır: abituriyent hazırlığı, xarici dil və magistratura hazırlığı, beynəlxalq imtahanlara hazırlıq və s. kurslar.

Əgər kurs axtarışındasınızsa, müasir dünyada bilik qazanmağa kömək edəcək təhsil proqramımızı seçin.

Bakı kurslarına yazılaraq asanlıqla xarici dil öyrənəcək və kompyuter biliklərini artıracaqsınız. Kataloqumuzda sizə təqdim edilən kurslarla özünüzü inkişaf etdirin.