Kurslar
Kurslar üzrə axtarış

BILGI Təlim-tədris mərkəzi

Kurslar abituriyentlər üçün qəbul imtahanlarına, bakalavrlar üçün magistratura imtahanlarına hazırlıq məşğələləri təşkil edir.
Həmçinin ofis proqramları, ümumi İT anlayışlar öyrədilir, IELTS, TOEFL imtahanları üçün zəruri olan ingilis dili tədris edilir.

 

BILIK Təhsil Mərkəzi

BILIK Təhsil Mərkəzi abituriyentlər üçün ali məktəblərə, həmçinin bakalavrlar üçün magistraturaya hazırlıq kursları təşkil edir.
Təcrübəli müəllimlər ingilis və rus dillərini tədris edir. Kurslar 3D MAX, AutoCAD, ArchiCAD və digər qrafiki proqramlar üzrə məşğələlər keçirir.

 

BINSOFT

BINSOFT kurslarında tələbələrə ingilis və rus dilləri, 3D MAX, Adobe Photoshop, AutoCAD, 3D MAX (Vray), ArchiCAD qrafika proqramları, həmçinin ofis proqramlarını tədris edilir.

 

CAMPUS ES

CAMPUS ES kurslarında ingilis, ispan, rus və fransız dilləri tədris edilir. IELTS, TOEFL, SAT imtahanlarına hazırlıq məşğələləri təşkil edilir.

 

CASPIAN SAFE City Training Center

Kurs suda və havada təhlükəsizlik üzrə treninqlər keçirir. Həmçinin ekstremal və fövqəladə hallar zamanı davranış qaydaları, zərər çəkənə ilk yardım göstərilməsi qaydaları öyrədilir.

 

CBS CENTER

CBS CENTER ingilis dili, ümumi kompyuter bilikləri üzrə kurslar, həmçinin mühasibat kursları təşkil edir.

 

DAAD

DAAD mərkəzinin əsas məqsədi tələbəyə yüksək səviyyəli alman dili tədris etmək və Almaniyada təhsil almağa hazırlamaqdır.

Keçirilən kurslar:

 

DANTE ALIGHIERI SOCIETY BAKI

Dante alighieri society baki italyan dili üzrə ixtisaslaşmış mərkəzdir. Səviyyələr üzrə xüsusi proqramlar italyan dilini öyrənməyə yardım edir. Məşğələləri yerli və xarici müəllimlər aparır. 
Mərkəz "PLIDA" beynəlxalq sertifikatı almaq üçün məşğələlər və imtahanlar keçirir. Mərkəzin italyan dilində filmlərin nümayiş edildiyi cinema club-u da var.

Keçirilən kurslar:

 

DESPERADO

Kursda gitara dərsləri keçilir. Sizə klassik, akustik və elektron gitarada ifa etmək öyrədiləcək. Həmçinin fortepiano dərsləri də keçilir.

 

ECONOMIC RESEARCH & EDUCATION CENTER

Keçirilən kurslar:

  1. Beynəlxalq mühasibat uçotunun əsasları (Azərbaycan və ingilis dilində)
  2. Beynəlxalq Mühasibat Uçotu Standartları (IFRS) (Azərbaycan dilində)
  3. Vergi uçotu (Azərbaycan dilində)
  4. ACCA və CIMA beynəlxalq kursları (ingilis dilində):
  • ACCA fundamentals & professional course
  • F3 Financial Accounting
  • F2 Management Accounting
  • F7 Financial Reporting

Keçirilən kurslar:

Təhsil müəssisəsi

Bakı Qızlar Universiteti

Yüksək səviyyəli bakalavr və magistr hazırlığını həyata keçirmək üçün universitet böyük elmi-pedaqoji potensiala və inkişaf etmiş infrastruktura malikdir. Hazırda Universitetdə 8 kafedrada 185-ə yaxın fənn tədris olunur. Həmin fənlərin tədrisinə 114 nəfər professor-müəllim heyəti, o cümlədən 17 elmlər doktoru-professor, 46 elmlər namizədi-dosent, 51 nəfər müəllim cəlb edilmişdir... daha ətraflı

Portalımız diqqətinizə Bakının ən yaxşı kurslarının siyahısını çatdırır. Bu, müxtəlif spektrli təhsil proqramlarının geniş seçimi təqdim edilən aparıcı təhsil portalıdır: abituriyent hazırlığı, xarici dil və magistratura hazırlığı, beynəlxalq imtahanlara hazırlıq və s. kurslar.

Əgər kurs axtarışındasınızsa, müasir dünyada bilik qazanmağa kömək edəcək təhsil proqramımızı seçin.

Bakı kurslarına yazılaraq asanlıqla xarici dil öyrənəcək və kompyuter biliklərini artıracaqsınız. Kataloqumuzda sizə təqdim edilən kurslarla özünüzü inkişaf etdirin.