Kurslar
Kurslar üzrə axtarış
Alman diliX

Anglo-American Business Services

Bakının ən böyük kurslarından biri Anglo-American Business Services kurslarıdır. Burada ingilis, alman, rus, fransız, ispan və başqa dillər tədris edilir. Tam paket Corel Draw, 3D MAX, Adobe Photoshop, AutoCAD dizayner proqramları, Java, Pascal, Delphi kimi proqramlaşdırma dilləri, CİSCO avadanlığı əsasında şəbəkə yaradılması və s. öyrədilir

 

Bakı Beynəlxalq Tədris Mərkəzi

Bakı Beynəlxalq Tədris Mərkəzi abituriyent və bakalavrları qəbul imtahanlarına hazırlayır. İngilis, alman, rus, fransız, italyan və s. kimi xarici dillər tədris edilir. Həmçinin burada Corel Draw, Adobe Photoshop və ofis proqramları üzrə İT kursları mövcuddur.

 
 
 

Beynəlxalq Dil Mərkəzi

Beynəlxalq dil mərkəzi ingilis, alman, fransız və rus dilləri üzrə kurslar təqdim edir. Mərkəzin kurs tələbələrinin ünsiyyət quraraq danışıq dilini inkişaf etdirə biləcəyi conversation club-u mövcuddur. Həmçinin burada TOEFL və TELC imatahanlarına hazırlıq məşğələləri aparılır.

 

DAAD

DAAD mərkəzinin əsas məqsədi tələbəyə yüksək səviyyəli alman dili tədris etmək və Almaniyada təhsil almağa hazırlamaqdır.

Keçirilən kurslar:

 

EFL

Kurs abituriyentlər üçün qəbul imtahanlarına hazırlıq məşğələləri təşkil edir. Həmçinin ümumi ingilis dili, biznes -ingilis dili, gündəlik ingilis dili üzrə məşğələlər keçirlir və intensiv ingilis dili proqramı mövcuddur. Kursda proqramların daha yaxşı qavranılması və sərbəst ünsiyyət üçün yay məktəbləri təşkil edilir. Conversation club fəaliyyət göstərir.

Burada uşaqlar üçün məktəbə hazırlıq məşğələləri keçirilir, xaricdə təhsil təşkil edilir.
Tələbələr kursun video klubunda ingilis dilində filmlər izləyə bilər.

 

ENGLISH LANGUAGE CLUB

ENGLISH LANGUAGE CLUB tələbələri üçün ingilis, rus və alman dilləri üzrə məşğələlər və abituriyentlər üçün ali məktəblərə hazırlıq məşğələləri təşkil edir. Həmçinin qızlar üçün sürücülük kursları var.

 

ESPERANTO

Esperanto tədris kursları müxtəlif təhsil proqramları təqdim edir:

  1. İngilis dili
  2. Fransız dili
  3. Alman dili
  4. Ərəb dili
  5. Azərbaycan dili
  6. Rus dili

Ümumi, həmçinin xüsusi ixtisaslaşmış kompyuter kursları:

  1. Ümumi İT kursları
  2. Dizayn
  3. 3D Max
  4. AutoCad
  5. Flash. 

Məktəbəqədər hazırlıq kursları, magistratura və ali məktəblərə hazırlıq kursları. Həmçinin mühasibat uçotu üzrə məşğələlər keçirilir.

 

GOLD Language

Kursda abituriyentlərin ali məktəblərə, bakalavrların magistraturaya hazırlığı həyata keçirilir. Həmçinin xarici dillər üzrə yüksək səviyyədə məşğələlər keçirilir: ingilis, alman, rus, fransız, italyan, ərəb, ispan və türk dilləri. Burada kompyuter dərsləri də keçilir.

Təhsil müəssisəsi

Azərbaycan Tibb Universiteti

Azərbayca Tibb Universiteti (ATU) –Bakıda yerləşir və həkimlər, əczaçılar hazırlayan ali məktəb müəssisəsidir. Bu, Zaqafqaziyada ən böyük tibb universitetlərindən biridir. Universitet 1919-cu ildə Bakı Dövlət Universitetinin bazasında yaradılıb... daha ətraflı

Portalımız diqqətinizə Bakının ən yaxşı kurslarının siyahısını çatdırır. Bu, müxtəlif spektrli təhsil proqramlarının geniş seçimi təqdim edilən aparıcı təhsil portalıdır: abituriyent hazırlığı, xarici dil və magistratura hazırlığı, beynəlxalq imtahanlara hazırlıq və s. kurslar.

Əgər kurs axtarışındasınızsa, müasir dünyada bilik qazanmağa kömək edəcək təhsil proqramımızı seçin.

Bakı kurslarına yazılaraq asanlıqla xarici dil öyrənəcək və kompyuter biliklərini artıracaqsınız. Kataloqumuzda sizə təqdim edilən kurslarla özünüzü inkişaf etdirin.