Kurslar
Kurslar üzrə axtarış
Xaricilər üçün Azərbaycan diliX

Anglo-American Business Services

Bakının ən böyük kurslarından biri Anglo-American Business Services kurslarıdır. Burada ingilis, alman, rus, fransız, ispan və başqa dillər tədris edilir. Tam paket Corel Draw, 3D MAX, Adobe Photoshop, AutoCAD dizayner proqramları, Java, Pascal, Delphi kimi proqramlaşdırma dilləri, CİSCO avadanlığı əsasında şəbəkə yaradılması və s. öyrədilir

 

ATESH

   Kursumuzda fəaliyyət göstərən müəllimlərimizin əsas fərqi ondan ibarətdir ki, doğma dili İngilis dili olmaqla bərabər onlar İngilis dilinin metodikasi üzrə xususi sertifikata malikdirlər.
   Sizin istəyinizdən asli olaraq fərdi dərslər bizim mərkəzimizdə və ya sizin seçdiyiniz məkanda keçilir.
   IELTS və Akademik İngilis Dili Hazırlığı
Mükəmməl İELTS imtahani nəticələri əldə etmək istəyən upper-intermediate səviyyəsinin tələbələrinə müəllimlərimiz düzgün danışıq, dinləmə, oxuma və yazma yollarını öyrədəcəklər.
   Böyüklər və Uşaqlar üçün Danışıq İngilis Dili
İngilis dilinin başlanğıc və orta səviyyəsinə aid olan tələbələr hazırlanmış etibarlı kurikulumdan (proqram) istifadə edərək dili anlamağı və əminliklə ünsiyyət qurmağı öyrənirlər.
   Fərdi İngilis dili Planları
Bizim müəllimlər sizin qoyduğunuz hədəflərə nail olmaq üçün sizə xüsusi plan hazırlamaqda və həyata keçirməkdə yardım edir.
Rus və Azərbaycan dili uşaqlar üçün.

 

 

ESPERANTO

Esperanto tədris kursları müxtəlif təhsil proqramları təqdim edir:

  1. İngilis dili
  2. Fransız dili
  3. Alman dili
  4. Ərəb dili
  5. Azərbaycan dili
  6. Rus dili

Ümumi, həmçinin xüsusi ixtisaslaşmış kompyuter kursları:

  1. Ümumi İT kursları
  2. Dizayn
  3. 3D Max
  4. AutoCad
  5. Flash. 

Məktəbəqədər hazırlıq kursları, magistratura və ali məktəblərə hazırlıq kursları. Həmçinin mühasibat uçotu üzrə məşğələlər keçirilir.

 

ETI Azerbaijan

Kurs neft şirkətlərinin, kommersiya təşkilatlarının, həmçinin dövlət müəssisələrinin dil treninqlərini keçirir. Burada iki dil proqramı mövcuddur: ümumi və biznes-ingilis dili.
Daha məhdud sahələr üçün üçün tibb, bank işi və turizm üzrə xüsusi treninqlər də keçirilir.

Həmçinin rəsmi Azərbaycan və rus dilləri tədris edilir, şifahi və yazılı tərcümə öyrədilir və tədris müddətində imtahanlar keçirilir.

 

HEADSTART INTERNATIONAL

HEADSTART INTERNATIONAL təhsil mərkəzində sizə ingilis dili, mühasibat uçotu, idarəetmə fəaliyyəti ilə məşğul olmaq öyrədiləcək. Həmçinin mərkəzdə IELTS imatahanlarına hazırlıq aparılır.
Burada xaricilər üçün Azərbaycan dili kursları da mövcuddur.

 
 

International Learing Centre

Kurs əsasən xarici dillərin tədrisi ilə məşğuldur. Burada yüksək səviyyəli müəllimlər ingilis, Koreya və Azərbaycan dillərini tədris edirlər.

 
 

Language Services Direct

All our teachers have at least two years English language teaching experience, are qualified to teach adults and typically have experience in different industries. Have international qualifications in teaching English. Our friendly and strong-minded teaching staff will welcome you and impress by their professionalism.

 
    Təhsil müəssisəsi

    Azərbaycan Müəllimlər İnstitutu

    Azərbaycan Pedaqoji Kadrlar İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutu bazasında Azərbaycan Müəllimlər İnstitutu və onun 12 bölgədə (Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Şamaxı, Quba, Salyan, Cəlilabad, Ağcabədi, Şəki, Zaqatala şəhərlərində) filialı və Lənkəran tədris-məsləhət məntəqəsi yaradılmışdır... daha ətraflı

    Portalımız diqqətinizə Bakının ən yaxşı kurslarının siyahısını çatdırır. Bu, müxtəlif spektrli təhsil proqramlarının geniş seçimi təqdim edilən aparıcı təhsil portalıdır: abituriyent hazırlığı, xarici dil və magistratura hazırlığı, beynəlxalq imtahanlara hazırlıq və s. kurslar.

    Əgər kurs axtarışındasınızsa, müasir dünyada bilik qazanmağa kömək edəcək təhsil proqramımızı seçin.

    Bakı kurslarına yazılaraq asanlıqla xarici dil öyrənəcək və kompyuter biliklərini artıracaqsınız. Kataloqumuzda sizə təqdim edilən kurslarla özünüzü inkişaf etdirin.