Kurslar
Kurslar üzrə axtarış
İspan diliX

American Academy

Bakıda fəaliyyət göstərən American Academy ingilis, fransız və ispan dillərinin tədrisi ilə məşğul olur. Həmçinin xaricdə təhsilin təşkilini həyata keçirir və beynəlxalq imtahanların verilməsində köməklik göstərir.

 

Anglo-American Business Services

Bakının ən böyük kurslarından biri Anglo-American Business Services kurslarıdır. Burada ingilis, alman, rus, fransız, ispan və başqa dillər tədris edilir. Tam paket Corel Draw, 3D MAX, Adobe Photoshop, AutoCAD dizayner proqramları, Java, Pascal, Delphi kimi proqramlaşdırma dilləri, CİSCO avadanlığı əsasında şəbəkə yaradılması və s. öyrədilir

 
 

CAMPUS ES

CAMPUS ES kurslarında ingilis, ispan, rus və fransız dilləri tədris edilir. IELTS, TOEFL, SAT imtahanlarına hazırlıq məşğələləri təşkil edilir.

 

GOLD Language

Kursda abituriyentlərin ali məktəblərə, bakalavrların magistraturaya hazırlığı həyata keçirilir. Həmçinin xarici dillər üzrə yüksək səviyyədə məşğələlər keçirilir: ingilis, alman, rus, fransız, italyan, ərəb, ispan və türk dilləri. Burada kompyuter dərsləri də keçilir.

 

JALAL-I (1)

JALAL-I kursları xarici dillərin tədrisi üzrə ixtisaslaşıb. Təcrübəli müəllimlər ingilis dili, alman dili, fransız dili, italyan dili, ərəb dili və s. üzrə məşğələlər keçirir, xarici dillərdə söhbətlər aparır. Burada dillər yüksək səviyyədə, dərindən tədris edilir.

 
 
 
 
Təhsil müəssisəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Azərbaycanda mədəniyyət və incəsənətin əksər sahələrində yüksək səviyyəli mütəxəssis hazırlayan, geniş yaradıcılıq imkanlarına, elmi-metodiki bazaya malik olan yeganə ali təhsil müəssisəsidir... daha ətraflı

Portalımız diqqətinizə Bakının ən yaxşı kurslarının siyahısını çatdırır. Bu, müxtəlif spektrli təhsil proqramlarının geniş seçimi təqdim edilən aparıcı təhsil portalıdır: abituriyent hazırlığı, xarici dil və magistratura hazırlığı, beynəlxalq imtahanlara hazırlıq və s. kurslar.

Əgər kurs axtarışındasınızsa, müasir dünyada bilik qazanmağa kömək edəcək təhsil proqramımızı seçin.

Bakı kurslarına yazılaraq asanlıqla xarici dil öyrənəcək və kompyuter biliklərini artıracaqsınız. Kataloqumuzda sizə təqdim edilən kurslarla özünüzü inkişaf etdirin.