Kurslar
Kurslar üzrə axtarış
Ofis proqramlarıX

Anglo-American Business Services

Bakının ən böyük kurslarından biri Anglo-American Business Services kurslarıdır. Burada ingilis, alman, rus, fransız, ispan və başqa dillər tədris edilir. Tam paket Corel Draw, 3D MAX, Adobe Photoshop, AutoCAD dizayner proqramları, Java, Pascal, Delphi kimi proqramlaşdırma dilləri, CİSCO avadanlığı əsasında şəbəkə yaradılması və s. öyrədilir

 
 

Bakı Beynəlxalq Tədris Mərkəzi

Bakı Beynəlxalq Tədris Mərkəzi abituriyent və bakalavrları qəbul imtahanlarına hazırlayır. İngilis, alman, rus, fransız, italyan və s. kimi xarici dillər tədris edilir. Həmçinin burada Corel Draw, Adobe Photoshop və ofis proqramları üzrə İT kursları mövcuddur.

 

BELC

    BELC İTM
- MS Office
- Dizayn (Corel Draw, Photoshop, AutoCAD, 3D Max, Adobe Primere, Adobe After Effects, Adobe İllustrator)
- Mühasibat 1C
- Edius
- Dillər (İngilis-dili, Rus-dili, Alman dili, Fransız dili)
- Abituriyent Hazırlığı
- Sürücülük kursları
- Dövlət qulluğuna hazırlıq
- Məktəbəqədər Hazırlıq, Mental Aritmetik
 

BILGI Təlim-tədris mərkəzi

Kurslar abituriyentlər üçün qəbul imtahanlarına, bakalavrlar üçün magistratura imtahanlarına hazırlıq məşğələləri təşkil edir.
Həmçinin ofis proqramları, ümumi İT anlayışlar öyrədilir, IELTS, TOEFL imtahanları üçün zəruri olan ingilis dili tədris edilir.

 

BINSOFT

BINSOFT kurslarında tələbələrə ingilis və rus dilləri, 3D MAX, Adobe Photoshop, AutoCAD, 3D MAX (Vray), ArchiCAD qrafika proqramları, həmçinin ofis proqramlarını tədris edilir.

 

GOLD Language

Kursda abituriyentlərin ali məktəblərə, bakalavrların magistraturaya hazırlığı həyata keçirilir. Həmçinin xarici dillər üzrə yüksək səviyyədə məşğələlər keçirilir: ingilis, alman, rus, fransız, italyan, ərəb, ispan və türk dilləri. Burada kompyuter dərsləri də keçilir.

 

GULF

GULF təhsil kurslarında beynəlxalq imtahanlara hazırlıq məşğələləri keçilir, mühasibat uçotu, həmçinin ingilis dili tədris edilir. Həmçinin burada veb dizayn və ya İT kursları keçə bilərsiniz. 
GULF kurslarının müəllimləri magistratura imtahanlarını uğurla verməyinizə kömək edəcəklər.

 

HEADSTART INTERNATIONAL

HEADSTART INTERNATIONAL təhsil mərkəzində sizə ingilis dili, mühasibat uçotu, idarəetmə fəaliyyəti ilə məşğul olmaq öyrədiləcək. Həmçinin mərkəzdə IELTS imatahanlarına hazırlıq aparılır.
Burada xaricilər üçün Azərbaycan dili kursları da mövcuddur.

 

IMAN Təhsil Mərkəzi

IMAN Təhsil Mərkəzində proqramlaşdırma, kompyuter dizaynı, həmçinin ümumi kompyuter bilikləri öyrədilir. Təcrübəli proqramçılar sizə Pascal, C++, PHP, HTML kimi proqramlaşdırma dilləri öyrədəcək. Dizaynerlər isə 3D Max, Adobe Photoshop, Corel Draw və AutoCAD proqramlarından istifadə etməyi öyrədəcəklər.

Təhsil müəssisəsi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti – pedeqoji kadrların hazırlanması üzrə ali təhsil müəssisəsidir. Universitet 1921-ci ildə təsis edilmişdir. Mövcud olduğu dövr ərzində universitet ali təhsilli 100,000-dən artıq müəllim hazırlamışdır.Hal-hazırda universitetdə 7000-dən artıq tələbə təhsil alır... daha ətraflı

Portalımız diqqətinizə Bakının ən yaxşı kurslarının siyahısını çatdırır. Bu, müxtəlif spektrli təhsil proqramlarının geniş seçimi təqdim edilən aparıcı təhsil portalıdır: abituriyent hazırlığı, xarici dil və magistratura hazırlığı, beynəlxalq imtahanlara hazırlıq və s. kurslar.

Əgər kurs axtarışındasınızsa, müasir dünyada bilik qazanmağa kömək edəcək təhsil proqramımızı seçin.

Bakı kurslarına yazılaraq asanlıqla xarici dil öyrənəcək və kompyuter biliklərini artıracaqsınız. Kataloqumuzda sizə təqdim edilən kurslarla özünüzü inkişaf etdirin.