Kurslar
Kurslar üzrə axtarış
CISCOX

Anglo-American Business Services

Bakının ən böyük kurslarından biri Anglo-American Business Services kurslarıdır. Burada ingilis, alman, rus, fransız, ispan və başqa dillər tədris edilir. Tam paket Corel Draw, 3D MAX, Adobe Photoshop, AutoCAD dizayner proqramları, Java, Pascal, Delphi kimi proqramlaşdırma dilləri, CİSCO avadanlığı əsasında şəbəkə yaradılması və s. öyrədilir

 

Step IT Academy

Step IT Academy – kompüter təhsili üzrə ixtisaslaşan beynəlxalq
müəssisədir.
Şirkət 1999-ci ildə fəaliyyətə başlayıb. Akademiya 18 dünya ölkəsində
fəaliyyət gğstərir, 55 filialı, 1000 müəllimi, 40 000 tələbəsi və 85 000 məzunu var.
Step IT Academy – Microsoft, Cisco, Autodesk səlahiyyətli ən iri təlim
mərkəzidir. Step IT Academy –nin tələbələri təlim prosesində beynəlxalq sertifikatları
pulsuz əldə edə bilirlər.

Bizim müəllimlərimiz İT sənayesində təcrübəli mütəxəssislərdir. Dərsliklərdə
yazılmayanları öyrədirlər.
Step IT Academy –də təlim İT sənayesində yüksək qiymətləndirilən müəllif
metodikası sayəsində aparılır. 2014-cü il Step IT Academy ən yaxşı Cisco
təlimatçılarını hazırlayan mərkəz və ən yaxşı dəstək Mərkəzi adına layiq
görülmüşdür.
Step IT Academy –nin yüksək nəticələrinin əsasında müəyyən prinsiplər durur:
  • Müəllimlər – İT sənayesi üzrə peşəkarlardır;
  • Təlim prosesində qabaqcıl texnologiyaların istifadəsi və avtomatlaşdırılması;
  • Müasir avadanlıq;
  • Müasir tədris-metodiki baza;
  • Tədrisin müəllif metodikası ilə keçirilməsi;
Step IT Academy-də təhsil almanın üstünlükləri
- Müasir və aktual təlim proqramı. Unikal təhsil və metodiki material. Bizdə hər şey
dalbadal öyrədilmis, sadəcə iş üçün faydalı olan məlumatlar öyrədilir.
- Сisco, Microsoft, Autodesk-in beynəlxalq sertifikatları .
- Rahat dərs qrafiki. Təlim formasının geniş seçim imkanı: stasionar, yarı stasionar,
individual qrafik. Səhər, günorta ya axşam məşğul olmaq imkanı.
- Əldə edilmiş biliyin artıq təlim prosesində tətbiq edilməsi.
- Peşəkarlar öyrədir. Müəllimlər İT sahəsində məşğul olan mütəxəssislərdir.
- Müasir texnika və rahat auditoriyalar.
- İşlə təmin olunmasına yardım. Akademiyanın tələbə və məzunları üçün
işəgötürənlərdən real vakansiyaların mövcud olması.
- 100% təcrübi məşğələlər. Təlim prosesi monoton mühazirələr olmadan təcrübi
məşğələlər üzərində qurulmuşdur.
- Kiçik qruplar. Hər bir tələbəyə individual (fərdi) yanaşma. Böyük, işıqlı
auditoriyalar. Hər bir tələbə öz kompüterində işləyir.
- Akademiyanın məzunları kursu uğurla başa çatdırdıqdan sonra beynəlxalq dərəcəli
diplom əldə etmiş olurlar.
- Uşaqların gələcək peşə seçiminin müəyyən edilməsinə imkan verən peşəkar
kompüter təhsil bazasından təhsil almaq imkanı.
- Akademiya qəbul olan uşaqların məktəbdə olan fəaliyyətləri daha da yüksəlir.
- Təhsil prosesində tələbələrin əldə etmiş olduğu ixtisasa əmək bazarında tələbat
çoxdur. İT mütəxəssisin orta əmək haqqı 3000$-dır.
- Akademiya tələbələrinin yaş həddi – 9-dan 55-ə dək.


Bizim məhsulun xüsusiyyətləri

Təlim proqramı
Müasir və aktual təlim proqramı. Təlim prosesi unikal müəllif metodikası ilə,
sadəcə xüsusi əşyalar, minimum nəzəri maksimum təcrübi məşğələlərlə həyata
keçirilir. Proqrama hər il yenidən baxılır: İT bazarı dəyişir və biz onun tələblərinə
uyğunlaşırıq. Təlim prosesi elə planlaşdırılıb ki, tələbə daimi olaraq sadədən
mürəkkəbə doğru bilikləri əldə etmiş olsun.

Tədris prosesi
Tələbələr müasir avadanlıqlarla təchiz edilmiş, işıqlı və geniş auditoriyalarda
təhsil alır. Müəllim hər kəsə maksimum dərəcə zaman ayıra bilsin deyə kiçik qruplar
yığırıq. Akademiyada tələbələr bütün ehtiyac olunan əşyalarla təmin olunurlar. Kitab
və ya hansısa materialları almağa ehtiyac yoxdur. Həmçinin laboratoriyaları, rəsm
auditoriyaları və şəxsi fotostudiyası mövcuddur.
Tələbələr stasiona-yarı stasionar, iş günləri / həftə sonları, səhər/günorta/axşam
olmaq üzrə özləri üçün rahat olan məşğələ saatlarını seçə bilərlər. Uşaqlar üçün də
dərslər mövcuddur. Fərdi (individual) və ya qrup şəklində fəaliyyət göstərilir.


Step IT Academy-də ixtisaslar

Peşəkar Kompüter Təhsili 15 yaşdan 55 yaşa kimi
Tələbələr Kompüter Qrafikası və Dizayn; Proqram Təminatının yaradılması;
Şəbəkələr və Kibertəhlükəsizlik; istiqamətləri üzrə peşəkar kompüter təhsili əldə
edirlər. Tədris proqramı iki il yarım davam edir. Sonda isə Akademiyanın diplomunu
əldə edirlər. Təlim prosesində isə imtahanı uğurla başa vurduqda Сisco, Microsoft,
Autodesk-in beynəlxalq sertifikatlarını qazanırlar.

Xüsusi peşə kursları–15 yaşdan 55 yaşa kimi
İxtisaslaşmış kompüter kurslarında təlim müddəti 3 aydır. Kursun məqsədi İT ixtisası
üzrə dar istiqamətdə əsas bilik və bacarıqları verməkdir. Dərslər kiçik qruplarda keçirilir.
Hər bir tələbənin öz iş yeri və kompüteri var. Bütün müəllimlər böyük iş təcrübəsinə sahib
təcrübəli mütəxəssislərdir.
1 il müddətində olan xüsusi kurslar: Veb layihələrin yaradılması və dizaynı,
Java-da proqram təminatının yaradılması.

3 ay müddətində olan xüsusi kurslar: Peşəkar rəqəmsal fotoqrafiya kursu.
Kiçik Kompüter Akademiyası – 9 yaşdan 14 yaşa kimi
Uşaqlar kursda peşəkar kompüter təhsilinin ilkin biliklərini əldə edirlər. Qruplar
yaş kateqoriyasına görə bölünürlər: 9-yaşından 11 yaşa kimi olan qrupda təhsil 5 illik,
12 yaşdan 14 yaşa kimi olan təhsil proqramı isə 3 illikdir.
    Təhsil müəssisəsi

    Azərbaycan Müəllimlər İnstitutu

    Azərbaycan Pedaqoji Kadrlar İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutu bazasında Azərbaycan Müəllimlər İnstitutu və onun 12 bölgədə (Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Şamaxı, Quba, Salyan, Cəlilabad, Ağcabədi, Şəki, Zaqatala şəhərlərində) filialı və Lənkəran tədris-məsləhət məntəqəsi yaradılmışdır... daha ətraflı

    Portalımız diqqətinizə Bakının ən yaxşı kurslarının siyahısını çatdırır. Bu, müxtəlif spektrli təhsil proqramlarının geniş seçimi təqdim edilən aparıcı təhsil portalıdır: abituriyent hazırlığı, xarici dil və magistratura hazırlığı, beynəlxalq imtahanlara hazırlıq və s. kurslar.

    Əgər kurs axtarışındasınızsa, müasir dünyada bilik qazanmağa kömək edəcək təhsil proqramımızı seçin.

    Bakı kurslarına yazılaraq asanlıqla xarici dil öyrənəcək və kompyuter biliklərini artıracaqsınız. Kataloqumuzda sizə təqdim edilən kurslarla özünüzü inkişaf etdirin.