Qərb Universiteti Universitet

Bakı, İstiqlaliyyət 27 AZ1001

Təsvir

Qərb Universiteti Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən rəsmi qeydiyyatdan keçmiş özəl universitetdir. 1991-ci ildə təsis olunmuş universitet Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən birinə çevrilmişdir. Təhsil sektorunun özü haqqında güclü müsbət rəy qazanmış Qərb Universiteti tələbələrə geniş çeşiddə ixtisaslar üzrə təhsil verir. Universitetin qəbul şərtləri özəl ali təhsil müəssisləri arasında ən yüksək olanlardan biridir. Qərb Universiteti Azərbaycanın iqtisadi, ictimai və siyasi inkişafı prosesinə iqtisadi keçid və ondan sonrakı dövrdə respublikanın ehtiyaclarını ödəyə bilən mütəxəssislər hazırlamaqla yardım edəcək bir ali təhsil müəssisəsi yaratmaq məqsədilə təsis edilmişdir.
Qərb Universiteti 1996-ci ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun üzvüdür. Həmçinin o, 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin və 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun əməkdaş üzvü, həmçinin "Atlas" Beynəlxalq Turizm Assosiasiyasının üzvüdür. Akademik sahədəki naliyyətlərinə görə Qərb Universiteti 2002, 2003, 2004, 2006 və 2009-cu illərdə ən yaxşı ali tədris müəssisəsi kimi "Uğur" diplomu ilə təltif olunmuşdur.

Qərb Universitetinin beynəlxalq şəbəkədə əməkdaşlıq etdiyi partnyorları:
- Paris Sorbon Universiteti
-Oslo Universiteti (Norveç)
-Kent Universiteti (Böyük Britaniya)
- Siegen Universiteti (Almaniya)
-Konventri Universiteti (Böyük Britaniya)
-Missisipi Valley Dövlət Universiteti
-İndiana Universiteti (Bluminqton, ABŞ)
-Maastrix Menecment məktəbi (Hollandiya)
-NotinqemTrqabaqcılent Universiteti (Böyük Britaniya)

-Amsterdam Universiteti (Hollandiya)
-Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (İsveçrə)
-Jiangnan Universiteti (Çin)
Universitet təhsil keyfiyyətinə və məzunların məşğulluq vəziyyətinə görə çoxsaylı mükafatlara layiq görülmüşdür. Bu günə kimi Qərb Universiteti bir sıra beynəlxalq proqram və layihələrdə yer almaqla öz akademik fəaliyyətini genişləndirmiş, təhsil dünyasında mövqeyini möhkəmlətmiş və gələcək inkişafı üçün əlverişli şərait yaratmışdır.

Yarandığı ilk gündən Qərb UNiversitetinin qarşısına qoyduğu əsas məqsəd təhsilin müasir standartlara uyğun təşkil olunması və peşəkar mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Bunun üçün Qərb Universiteti həm tədrisdə, həm də gənc nəslin tərbiyəsində öz fəaliyyətini dövrün tələblərinə,  qabaqcıl standartlarına uyğun qurmuşdur.
Tədris proqramları ABŞ və Avropa təhsil müəssələri ilə birgə işlənib hazırlandığından işə götürənlərin tələblərinə və tələbələrin karyera istəklərinə daha uyğundur.
İctimai və özəl təşkilatlarla olan geniş əlaqələrimiz tələbələrin karyera inkişafına dəstək olur. Öz sahələri üzrə böyük tədris təcrübəsinə malik elmi heyətimiz tələbələrin bilik səviyyəsinin müasir dünya ilə uyğunlaşmasını təmin edir. Qərb Universitetində bir  neçə mərkəzlər vardır;
Elm və İnnovasiya Mərkəzi daim inkişafda olan elm və təhsil dünyasının yeniliklərinin universitetdə tətbiqi istiqamətində bir sıra uğurlu işlərə imza atmışdır. Universitetin nəzdində yaradılan "Qərb Bilik Akademiyası" hazırlıq kursu məhz İnnovasiya mərkəzinin uğurudur.
Qərb Universitetini digər universitetlərdən fərqləndirən əsas cəhətlərdən biri də orada BMT kitabxanasının olmasıdır. belə bir kitabxananın fəaliyyət göstərdiyi ilk və yeganə universitetdir. Bu kitabxana fonduna dunyanın bir çox təşkilat və institutlarınin nəşrləri daxildir.
Universitetin mərkəzlərindən biri də Çin dili Mərkəzidir. Mərkəzin məqsədi tələbələrə Çin dilini və mədəniyyətini təbliğ etmək, Azərbaycan və Çin arasındakı mədəni əlaqələri inkişaf etdirməkdir.
Gender Araşdırmaları Mərkəzi universitetin nəzdində yaradılmış qeyri- kommersiya təşkilatıdır. Mərkəz müxtəlif sosial və humanitar fənlərin gender yanaşmasının inkişafı ilə əlaqədar müəllim və tədqiqatçıları cəlb etməyə çalışır.

Davamlı İnsan İnkişafı Mərkəzi cəmiyyət, əsasən isə gənclər arasında insan inkişafı haqqında biliklərin təbliğinin təmin edən elmi tədqiqat mərkəzidir. Davamlı insan inkişafı modelinin təhlilini, eləcə də bu sahədə bakalavr və magistr üzrə fənlərarası alademik proqramların yaradılmasını inkişaf etdirir.
Karyera və Məzun Koordinasiya Mərkəzi təcrübə və karyera imkanları, tələbə-universitet münasibətlərinin tənzimlənməsi, tələbələrin təhsil və fərdi məşğuliyyəti sahəsində geniş mütəxəssis xidmətləri təklif edir.
Universitetdə 915 tələbə təhsil alır.  123 müəllim fəaliyyət göstərir ki, onlardan 22 nəfər elmlər doktoru və professorlar, 48 nəfəri isə elmlər namizədidir.
Qərb Universitetində minimal təhsil haqqı 2000 manat təşkil edir.

Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: WU
  • Сайт: Open Link
  • Ректор: Zenfira Məmmədova

Əlaqəli

İxtisas38

Fakültə4

Xəritəsi

Comments (0)