Tibb» fakültəsində «Müalicə işi Fakültə

Odlar Yurdu Universiteti

Təsvir

«Tibb» fakültəsində «Müalicə işi», «Stomatologiya» , «Biologiya müəllimliyi» və «Tibbi biologiya» ixtisasları üzrə kadr hazırlığı aparılır. Fakültənin nəzdində 7 ixtisas kafedrası fəaliyyət göstərir:« Somatik xəstəliklər» kafedrası« Cərrahi xəstəliklər» kafedrası«Bioloji və ekoloji elmlər» kafedrası« Profilaktik tibb elimləri» kafedrası« Fiziki kimyəvi təbabət və reabilitasiya» kafedrası« Stomatologiya» kafedrası« Onkologiya, radiologiya və klinik immunologiya» kafedrası «Tibb» fakültəsinin nəzdində «Fakültə Elmi Şürası», «Tələbə-Elmi Cəmiyyəti», Tibb muzeyi, Meyitxana, Stomatoloji kabinet, eyni zamanda lazımi əyani dərs vəsaitləri və tibbi ləvazimatlarla (şəkillər, skeletlər, reaktivlər, kolbalar və s. preparatlarla) təchiz edilmiş kabinet və laboratoriyalar (anatomiya, histologiya, biologiya-genetika, mikrobiologiya, virusologiya və parazitologiya, fiziologiya və patofiziologiya, gigiyena-ekologiya, farmakologiya və s.) fəaliyyət göstərir. Bilavasitə tibb fakültəsinin spesifik xüsusiyyətlərini nəzərə alaraq klinik fənlərin tədrisinin səmərəliləşdirilməsi məqsədi ilə Universitetlə Səhiyyə Nazirliyi arasında əldə edilmiş rəsmi razılaşmaya əsasən klinik fənlərin Bakı şəhərində yerləşən 30-dan yuxarı aparıcı dövlət tibb müəssisələrində tədrisinə nail olunmuşdur. «Tibb» fakültəsində təlim-tərbiyə və tədris prosesinin müvəffəqiyyətlə təşkilində və yerinə yetirilməsində 75 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Onlardan 13 nəfəri elmlər doktoru-professor, 37 nəfəri elmlər namizədi-dosent, 25 nəfəri isə yüksək ixtisaslı müəllimlər və assistentlərdir. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан:
  • О декане:

Daha çox məlumat