Şərqşünasliq fakültəsi Fakültə

Bakı Dövlət Universiteti

Təsvir

1919-cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi mövcud olmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır. Fakültənin inkişafında məşhur alim və pedaqoqlar, o cümlədən akademiklər N.Marr, İ.Meşşaninov, V.Bartold, A.Samoyloviç, H.Araslı, professorlarİ. Oşmarin, A.Romaşkeviç, P.Juze, B.Çobanzadə, A.Qubaydulin, V.Xuluflu, Ə.Məmmədov, M.Əlizadə, R.Sultanov, Y.Şirvani və başqaları böyük rol oynamışlar. Şərqşünaslıq fakültəsinin ilk dekanı P.Juzeolmuşdur. Hazırda dekan dosent E.Z.Əzizovdur. Eks-prezident Əbülfəz Elçibəy, məşhur şərqşünaslardan akademiklər Ə.Sumbatzadə, V.Məmmədəliyev, N.Vəlixanlı, AMEA-nın müxbir üzvləri M.Nemətova, B.Hüseynov, Z.Məmmədov, Ə.Səfərli, professorlar A.İmanquliyeva, C.Qəhrəmanov, M.Mahmudov, H.Mahmudov və başqaları, İran, Küveyt, Misir, BƏR, Qətər, SəudiyyəƏrəbistanı, Suriya, Mərakeş, Yaponiya, Koreya, ABŞ, Moldovavə Latviyada Azərbaycan Respublikasının səfirləri, BMT-dəölkəmizinnümayəndəsi, tanınmış ədibvəşairlər C.Cabbarlı, Ə.Cəfərzadə, C.Əlibəyli, Ə.Hacızadə, A.Zeynallı fakültənin məzunlarıdırlar. Şərqşünaslıq fakültəsində türk və fars şöbələri ilə yanaşı 1957-ciil də ərəb, 1993-cü ildə ibri, 2000-ci ildə yapon, 2001-ci ildə urdu, 2002-ci ildə çin və 2007-ci ildə koreya şöbələri də açılmışdır. Əsas elmi-tədqiqat sahələri: Şərq dilləri və ədəbiyyatlarının aktual problemləri. Fakültədə 4 kafedra, linqafonkabinəsi, ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilləri üzrə müasir mebel, kompüter, televizor, peykantennaları, videomaqnitafon və digər texniki vasitələrlə təchiz edilmiş xüsusi otaqlar, zəngin fondu olan kitabxana vardır. Hal-hazırdafakültədə 87 müəllim, ocümlədən, 1 akademik, 11 elmlərdoktoru, professor, 25 elmlərnamizədi, dosent, 13 nəfər baş laborant və laborant fəaliyyət göstərir. Fakültədə Azərbaycan və rus bölmələrində olmaqla təhsil forması bakalavr pilləsində əyani, magistraturada isə əyani və qiyabidir. Bakalavr pilləsində 482 tələbə, magistraturada 33 magistrant təhsil alır. Eyni zamanda 14 nəfər aspirant və dissertant tədqiqat işi aparır. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт: http://orient.bsu.edu.az
  • Декан: Əzizov Elxan Zəkəriyə oğlu

Daha çox məlumat