Baharda təhsilə qeyri-ciddi yanaşma və ya ambisiyalar – böyük qüvvə!

Baharda təhsilə qeyri-ciddi yanaşma və ya ambisiyalar – böyük qüvvə!

Bizim tələbə qəlbimizin dərinliyində, pizza və yırtıq cinslərə olan sevgimizin altında təhsilə meyl var. Müəllimlərin və valideynlərin istədiyi qədər olmasa da, o var.


Bizim tələbə qəlbimizin dərinliyində, pizza və yırtıq cinslərə olan sevgimizin altında təhsilə meyl var. Müəllimlərin və valideynlərin istədiyi qədər olmasa da, o var. Qəmli payız axşamının səssizliyində onun sakit çağırışını eşidirik, lakin bahar gələndə... Həyəcanlı ürəyin döyüntüsü bizi yuxusuz gecələr keçirərək əldə edilən uğurlu nəticələri korlamamağa çağıran ağlın səsini batırır. Beləliklə:

  • Bahar-hormonal fırtınasına görə sessiyanı necə korlamamalı? 
  • Yeganə gəlir mənbəyini (təhsildəki uğurlarından razı qalan valideynlər) necə qorumaq olar?
  • Yazda daxili konflikt və təhsil prosesinə qərəzli yanaşmadan qaçınaraq dərslərə necə ciddi hazırlaşmalı?

Pul (qadjetlər, brend geyimlər) ikinci yerdə olanda

Bahar ilin yeganə fəslidir ki, tələbə (məktəbli) orqanizmi maddi motivasiyaya reaksiya verməyə bilər. Əksər hallarda təsirin bu növü effektli olur, lakin yazda onun davamlılığı “Açıq havada” gəzmək təklifi ilə gələn səmimi telefon zənginə qədərdir.

Baharın təsirindən daha effektli nəisə lazımdır. Bu, bizim ambisiyalarımızdır. İnsan məqsədi uğrunda, bizim vəziyyətimizdə isə yaxşı təhsil almaq uğrunda dağları  dəlmək və okeanları üzüb keçmək bacarığına malikdir. Bunu necə etməli?

Mənim kimi, baharda rol oynamağı xoşlayırsınız?

Вalacaların hansısa peşə üzrə oynamağını yadınıza salın: onlar nəticəni görür, lakin o nəticəni əldə etmək üçün çətinlikləri görmür. Uğur üçün ən yaxşı şüar! Balaca sürücü oğlan yumru bir əşya götürür – o əmindir ki, əlindəki sükandır və getdik. Balaca həkim qız ağ xələt geyinib və qürurla “müalicəyə” başlayır. Bəs siz kim olmağı planlaşdırırsınız? Baharın gətirdiyi çətinliklərə qalib gəlmək üçün təhsil haqqında düşünmək lazım deyil, onun nəticələrini təsəvvür etmək lazımdır.

Həqiqi virtual reallıq!

  1. Kumir axtarırıq. İnternetə giririk, “dünyanın ən yaxşı cərrahını” (hüquqşünas, iqtisadçı və s.) axtarırıq. Obrazlara baxır, prototip seçirik. Daha bir variant: “gəliri yaxşı olanları...”, seçirik. İnanın, rəqəmlər həvəsləndirir. Seçdik, çap etdik, görünən yerdən asdıq. Bir neçə yerdən də asmaq olar.

 

  1. Obraza giririk. Oynamağa davam edirik: bundan sonra geyinirik (maddi imkanlar çərçivəsində) və özümüzü müvəfəqiyyətli mütəxəssis kimi aparırıq. Unutmayın ki, belə uğur qazanmış adamlar gülərüz və səmimidirlər. Ən vacibi isə dəqiqdirlər.
    Rolumuzu oynamağa hətta ayaqyolu və hamam otağında da davam edirik. Öz uğurunuza özünüz inanın – hər kəs inanacaq!
  2. İnsanı yeri bəzəmir, amma bizə belə lazımdır. Hətta yataqxanada yaşayırsınızsa belə, özünüz üçün kiçik də olsa, kabinet düzəldin. Mötəbərlik və səliqə hər bir düşüncəli insanın ürəyincədir. Rahat ofis kreslosu alın (valideynlər sevinərək kömək edər). Bu halda dərslərlə məşğul olmaq daha xoş olacaq.

Gördüyünüz kimi müvəfəqiyyətli mütəxəssis rolunu oynamaqla təhsili əyləncəyə çevirmək olar. Ən əsası: heç bir halda çarpayıda dərs hazırlamayın, bahara şans verməyin!

Comments (0)