Blog

STUDENTS.AZ saytının ad gününə həsr olunmuş müsabiqə

19 Sentyabr 2013 15:35

Hörmətli istifadəçilərimiz,

Ad günümüz münasibətilə, biz, STUDENTS.AZ dostlarımız CITYLIFE.AZ əyləncə saytı ilə birlikdə müsabiqə elan edirik. Müsabiqənin nəticələrinə əsasən qaliblər hədiyyələr qazanacaq.

Müsabiqə haqqında
10 gün ərzində, 28 sentyabr 2013-cü ilə qədər “Mən və təhsil”, “İlk dərs günü” mövzusunda fotolar göndərin. Göndərilən fotolar facebook sosial şəbəkəsindəki səhifəmizdə, xüsusi albomda yerışdiriləcək.

Albomumuzda yerləşdirilən fotoların müəllifləri avtomatik olaraq müsabiqənin iştirakçısına çevriləcək. Ballar belə hesablanacaq:

1 layk + 1 bal
1 paylaşma + 2 bal
1 rəy + 2.5 bal
Fotolara məlumatlar əlavə edilməlidir:
Müəllif (ad və soyad), feysbuk sosial şəbəkəsində səhifənin ünvanı (dəqiqlik üçün) və email ünvanı (qalib olduğunuz halda xəbər verilməsi üçün).

Hər müəllif bir foto təqdim etməlidir.
Fotonun ölçüsü 800x600-dən kiçik olmamalıdır.

*Müxtəlif şəxslərin qeyri-adi  şərhləri  nəzərə alınacaq. Yəni əgər A istifadəçisi 3 dəfə şərh yazarsa bu, 1 şərh hesablanacaq -2.5 bal.

Fotoları contest@students.az ünvanına, yaxud feysbuk səhifəmizin inboksuna göndərə bilərsiniz: https://www.facebook.com/studentsaz

Qeyd: Unutmayın ki, yalnız bizim albomumuzun fotolarına edilmiş paylaşmalar, layklar və şərhlər nəzərə alınacaq.

Müsabiqənin keçirilməsindən və nəticələrindən xəbər tutmaq istəyirsinizsə, Layk düyməsini basaraq səhifəmizi bəyənə bilərsiniz.

Kursların qiymətləndirilməsi

7 İyun 2013 09:37

Portalımız inkişaf etməkdə davam edir və bu gün növbəti yeniliyimizi sizə çatdırmaq istəyirik. Bu gündən etibarən yeni, kursların qiymətləndirilməsi xidməti fəaliyyətə başlayır. Kursların qiymətləndirilməsi iki istiqamətdə aparılır

  1. Kurslarda təhsilin keyfiyyəinin qiymətləndirilməsi
  2. Münasib qiymətdə təhsil

Bu yolla kurslar haqqında ilk dəfə eşidən adam üçün qiymət vermək və düzgün seçim etmək daha asan olar.
Kursları qiymətləndirmək üçün seçilmiş kurslar səhifəsinə keçmək və istədiyiniz sayda ulduz qoymaq kifayətdir. Hər ulduz kursların xeyrinə 1 bal hesab edilir.



Axtarmaq asanlaşdı

29 May 2013 16:30

Uzun sürən işdən və testlərdən sonra yeni kurs axtarış sistemini işə saldıq. Hər şeyi daha sadə etməyə çalışdıq və alındı. Kurslarda yiyələnə biləcəyiniz bütün biliklər kateqoriyalara bölünüb. Kateqoriya seçərək siyahı alacaqsınız. Nə öyrənmək istədiyinizi seçdikdə sizə kurslar siyahısı təqdim ediləcək.

Məsələn:
Alman dilini öyrənmək istəyirsiniz. Axtarışa və telefon zənglərinə vaxt itirmədən hansı kursların alman dili öyrətdiyini bilmək üçün kifayətdir:

  1. "Dillər" bölməsini seçmək
  2. Sizi maraqlandıran dili seçmək (alman) 
  3. "Tapılanları göstər" düyməsini basmaq


Bundan sadə nə ola bilər?



Baki Kurslar

Daha çox bilik mənbəyi

20 May 2013 16:51

Uzun sürən iş prosesindən sonra "Kurslar" modulunun beta-versiyasını təqdim etmək istəyirik. Hazırkı versiyada kurslar rahat axtarış üçün bölmələr halındadır.
İkinci versiya isə yaxın vaxtlarda buraxılacaq. Yeni versiyada zəruri bölmələr üzrə asan axtarış sistemi sizlərə təqdim edilir. Kurslar bazası mütəmadi olaraq artır, kurslar haqqında dolğun məlumat verilir.

Çoxsaylı dəyişikliklər

20 May 2013 13:42

Yeni imkanlar təqdim edərkən istifadəçilərimizin rahatlığını unutmuruq. Saytın axtarış sisteminə dəyişiklik edilib. İndi resursumuzun istifadəçiləri istənilən ixtisası, fakültəni və s. asanlıqla və daha dəqiq tapacaq. Tarix yazısı formatı dəyişdirilib və artıq daha rahat formadadır. Həmçinin daha sürətli iş üçün portalın ön hissəsində də dəyişiklik edilib.

Təhsil müəssisəsi

Sumqayıt Dövlət Universiteti

Universitetdə 21 ixtisas üzrə 4000-dək tələbə bakalavr pilləsində, 42 ixtisas üzrə 250-dək tələbə magistraturada təhsil alır.На 7 факультетах, 46 кафедрах университета работают 5 член-корреспондентов НАНА, 40 профессоров и докторов наук, 140 доцентов и кандидатов наук, 200 старших преподавателей и ассистентов... daha ətraflı