Tələbəliyin əsas mövzuları

Baharda təhsilə qeyri-ciddi yanaşma və ya ambisiyalar – böyük qüvvə!

Baharda təhsilə qeyri-ciddi yanaşma və ya ambisiyalar – böyük qüvvə!

Bizim tələbə qəlbimizin dərinliyində, pizza və yırtıq cinslərə olan sevgimizin altında təhsilə meyl var. Müəllimlərin və valideynlərin istədiyi qədər olmasa da, o var. Qəmli payız axşamının səssizliyində onun sakit çağırışını eşidirik, lakin bahar gələndə... Həyəcanlı ürəyin döyüntüsü bizi yuxusuz gecələr keçirərək əldə edilən uğurlu nəticələri korlamamağa çağıran ağlın səsini batırır. Beləliklə:

  • Bahar-hormonal fırtınasına görə sessiyanı necə korlamamalı? 
  • Yeganə gəlir mənbəyini (təhsildəki uğurlarından razı qalan valideynlər) necə qorumaq olar?
  • Yazda daxili konflikt və təhsil prosesinə qərəzli yanaşmadan qaçınaraq dərslərə necə ciddi hazırlaşmalı?

Pul (qadjetlər, brend geyimlər) ikinci yerdə olanda

Bahar ilin yeganə fəslidir ki, tələbə (məktəbli) orqanizmi maddi motivasiyaya reaksiya verməyə bilər. Əksər hallarda təsirin bu növü effektli olur, lakin yazda onun davamlılığı “Açıq havada” gəzmək təklifi ilə gələn səmimi telefon zənginə qədərdir.

Baharın təsirindən daha effektli nəisə lazımdır. Bu, bizim ambisiyalarımızdır. İnsan məqsədi uğrunda, bizim vəziyyətimizdə isə yaxşı təhsil almaq uğrunda dağları  dəlmək və okeanları üzüb keçmək bacarığına malikdir. Bunu necə etməli?

Mənim kimi, baharda rol oynamağı xoşlayırsınız?

Вalacaların hansısa peşə üzrə oynamağını yadınıza salın: onlar nəticəni görür, lakin o nəticəni əldə etmək üçün çətinlikləri görmür. Uğur üçün ən yaxşı şüar! Balaca sürücü oğlan yumru bir əşya götürür – o əmindir ki, əlindəki sükandır və getdik. Balaca həkim qız ağ xələt geyinib və qürurla “müalicəyə” başlayır. Bəs siz kim olmağı planlaşdırırsınız? Baharın gətirdiyi çətinliklərə qalib gəlmək üçün təhsil haqqında düşünmək lazım deyil, onun nəticələrini təsəvvür etmək lazımdır.

Həqiqi virtual reallıq!

  1. Kumir axtarırıq. İnternetə giririk, “dünyanın ən yaxşı cərrahını” (hüquqşünas, iqtisadçı və s.) axtarırıq. Obrazlara baxır, prototip seçirik. Daha bir variant: “gəliri yaxşı olanları...”, seçirik. İnanın, rəqəmlər həvəsləndirir. Seçdik, çap etdik, görünən yerdən asdıq. Bir neçə yerdən də asmaq olar.

 

  1. Obraza giririk. Oynamağa davam edirik: bundan sonra geyinirik (maddi imkanlar çərçivəsində) və özümüzü müvəfəqiyyətli mütəxəssis kimi aparırıq. Unutmayın ki, belə uğur qazanmış adamlar gülərüz və səmimidirlər. Ən vacibi isə dəqiqdirlər.
    Rolumuzu oynamağa hətta ayaqyolu və hamam otağında da davam edirik. Öz uğurunuza özünüz inanın – hər kəs inanacaq!
  2. İnsanı yeri bəzəmir, amma bizə belə lazımdır. Hətta yataqxanada yaşayırsınızsa belə, özünüz üçün kiçik də olsa, kabinet düzəldin. Mötəbərlik və səliqə hər bir düşüncəli insanın ürəyincədir. Rahat ofis kreslosu alın (valideynlər sevinərək kömək edər). Bu halda dərslərlə məşğul olmaq daha xoş olacaq.

Gördüyünüz kimi müvəfəqiyyətli mütəxəssis rolunu oynamaqla təhsili əyləncəyə çevirmək olar. Ən əsası: heç bir halda çarpayıda dərs hazırlamayın, bahara şans verməyin!

Səhifəni bəyəndin? Dostlarla bölüş!

Digər məqalələr

Humanitar ixtisaslar

Günümüzdə humanitar ixtisaslar dəqiq elmlərlə əlaqəli ixtisaslarla layiqli rəqabət aparır. Bu ixtisaslara yiyələnməyə insan bütün ömrünü sərf edə bilər. STUDENTS.AZ portalı humanitar peşələrin ən populyarlarından ibarət siyahı düzəldib.

МВА25 Bakıda: IE, IESE, SDA Bocconi və Duke Fuqua sizinlə görüşü gözləyirlər!

MBA25 – bu xüsusilə МВА hadisəsidir, hansında ki, siz dünyanın ən yaxşı biznes məktəblərinin – IE, IESE, SDA Bocconi və Duke Fuqua – qəbul komisiyalarının nümayəndələri ilə şəxsən görüşə bilərsiniz, həmçinin onların nümayəndələrindən proqramlar və daxil olmalar haqqında informasiya sessiyalarında iştirak edə bilərsiniz.

“Beynəlxalq təhsil” sərgisi

Əgər təhsilin keyfiyyətinin həyat səviyyəsinə müsbət təsir etdiyindən əminsinizsə, əgər siz dünyanın əsas təhsil tendensiyasından geri qalmaq istəmirsinizsə və xaricdən təhsil almaq arzusundasınızsa magistratura və ya ikinci ali təhsil proqramını seçin və

Qış sessiyası

Bir çox tələbələrin qızıl qaydaları: imtahandan öncəki gecə başı yumaq olmaz.

Tələbəlik inancları

Yeni il ərəfəsi hər bir ali məktəbdə müxtlif parlaq tədbirlər zamanıdır. Bəzi bayramlar əyləncə xarakteri daşıyır, məsələn, kimya ixtisasının tələbələri üçün "Yeni il Kimya şousu" ənənəvi mərasimdir.

TOP 5 - ən yaxşı şparqalkalar

Demək olar ki, bütün məktəblilər və tələbələr şparqalkadan istifadə edir. Ümid edirlər ki, köçürmək və yaxşı qiymət almaq imkanı olacaq.

Təhsil müəssisəsi

Xəzər Universiteti

Xəzər Universiteti
Xəzər Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 1991-ci ildə ölkədə beynəlxalq tələblərə cavab verən və ingilis dilli peşəkar kadrların hazırlanması məqsədi ilə yaradılmışdır. Universitetin fəaliyyəti dövründə aparılan müxtəlif jurnal və televiziya müsahibələri, tələbə və mütəxəssislərin müsahibələri, qeyri-hökümət təşkilatlarının araşdırmaları, beynəlxalq qiymətləndirmə komitələri, beynəlxalq şirkətlərin təhlilləri Xəzər universitetini Qafqaz, Orta Asiya, Yaxın Şərq və Qəri Avropada Azərbaycanın ən yaxşı ali təhsil müəssisəsi elan etdi... daha ətraflı