Tələbəliyin əsas mövzuları

Qış sessiyası

Qış sessiyası

Qış bayramı gözlərimizin önündə uçub gedir: kimsə yaxşıca dincəlir, kimsə dayanmadan bayram qeyd edir, kimsə qorxu içində qarşıdan gələn sessiyaya hazırlaşır. Bir çox tələbələrin qış bayramları qış sessiyası ilə yadda qalır: yuxusuz gecələr, ciddi müəllimlər, şparqalkalar, gərilmiş əsəblər – bütün bunlar darıxdırıcı sessiyanın atributlarıdır. Bundan əlavə sessiyaya həsr edilmiş bir çox ənənələr, əfsanələr və gülməli hekayələr mövcuddur. Onları sonsuza qədər saymaq olar, lakin ən maraqlılarından bir neçəsini danışacağıq.

Yumaq yoxsa yumamaq – məsələ budur!
Bir çox tələbələrin qızıl qaydaları: imtahandan öncəki gecə başı yumaq olmaz. Bu qaydanın çox sadə açıqlaması var: günlərdi öyrənməyə çalışdıqlarınızı, başınıza girən bütün biliyi boş yerə yuyub aparacaqsınız. Bəzi daha cəsarətli tələbələr sessiyanın əvvəlindən axrına qədər saçlarını kəsdirmir. Ən maraqlısı odur ki, bu onlara kömək edir, lakin bütün iş özünü inandırmaqdadır.

Daha ziyansız variant imtahandan qabaqkı gecə konspekt və ya dərsliyi yastığın altına qoymaqdır. Qədim tələbə inancına görə Siz şirin yuxuda olan zaman bilik uzun bir cərgə ilə sizin başınızın içinə girəcək.
Tələbələr arasında müftə qiymət almaq çox populyardır. Bakı tələbələri açıq pəncərələrdən qiymət kitabçalarını çıxarıb imtahanı vermək üçün kömək istəyirlər. Bundan sonra qiymət kitabçası sapla bağlanır və yalnız imtahanda qiymət almaq üçün düyün açılır.

Fərasət yoxsa bilik?
Sessiya – bu, sadəcə maraqsız fənlərin bezdirici imtahanı deyil. Sessiya ilə əlaqəli bir çox gülməli hadisələr baş verir. Məsələn, təcrübəli müəllimlər imtahanlarda tez-tez kiçik müsabiqələr təşkil edir.
Hər bir tələbənin arzuladığı xoşbəxt on üçüncü bilet haqqında eşitmisiniz yəqin. Bu biletin üstünlüyü nədir? Tələbənin fənnin adını və müəllimin adını bilməyi kifayətdir. Bundan yaxşı bilet tapmaq mümkün deyil!
Başqa bir hekayə: yazılı imtahanda hamı auditoriyaya daxil olur, bilet çəkir və yazmağa başlayır. Birdən müəllim yavaşca pıçıldayır: nəisə yuvarlanır, yuvarlanır, yuvarlanır. Birdən bərkdən deyir: müftə yuvarlandı, yuvarlandı, gəlib çatdı. Başa düşənlər tez qiymət kitabçalarını partanın üstünə qoyurlar və yaxşı qiymətlər alırlar. Yerdə qalanlar fərasətsiz olduqları üçün hirslənib, məyus-məyus yazmağa davam edirlər.

Hər bir sessiya illər ötdükdən sonra təbəssümlə xatırlayacağınız kiçik macəradır.
Students.az saytı Sizə sessiyanı müvəffəqiyyətlə başa vurmağı arzulayır!

Səhifəni bəyəndin? Dostlarla bölüş!

Digər məqalələr

Humanitar ixtisaslar

Günümüzdə humanitar ixtisaslar dəqiq elmlərlə əlaqəli ixtisaslarla layiqli rəqabət aparır. Bu ixtisaslara yiyələnməyə insan bütün ömrünü sərf edə bilər. STUDENTS.AZ portalı humanitar peşələrin ən populyarlarından ibarət siyahı düzəldib.

Baharda təhsilə qeyri-ciddi yanaşma və ya ambisiyalar – böyük qüvvə!

Bizim tələbə qəlbimizin dərinliyində, pizza və yırtıq cinslərə olan sevgimizin altında təhsilə meyl var. Müəllimlərin və valideynlərin istədiyi qədər olmasa da, o var.

МВА25 Bakıda: IE, IESE, SDA Bocconi və Duke Fuqua sizinlə görüşü gözləyirlər!

MBA25 – bu xüsusilə МВА hadisəsidir, hansında ki, siz dünyanın ən yaxşı biznes məktəblərinin – IE, IESE, SDA Bocconi və Duke Fuqua – qəbul komisiyalarının nümayəndələri ilə şəxsən görüşə bilərsiniz, həmçinin onların nümayəndələrindən proqramlar və daxil olmalar haqqında informasiya sessiyalarında iştirak edə bilərsiniz.

“Beynəlxalq təhsil” sərgisi

Əgər təhsilin keyfiyyətinin həyat səviyyəsinə müsbət təsir etdiyindən əminsinizsə, əgər siz dünyanın əsas təhsil tendensiyasından geri qalmaq istəmirsinizsə və xaricdən təhsil almaq arzusundasınızsa magistratura və ya ikinci ali təhsil proqramını seçin və

Tələbəlik inancları

Yeni il ərəfəsi hər bir ali məktəbdə müxtlif parlaq tədbirlər zamanıdır. Bəzi bayramlar əyləncə xarakteri daşıyır, məsələn, kimya ixtisasının tələbələri üçün "Yeni il Kimya şousu" ənənəvi mərasimdir.

TOP 5 - ən yaxşı şparqalkalar

Demək olar ki, bütün məktəblilər və tələbələr şparqalkadan istifadə edir. Ümid edirlər ki, köçürmək və yaxşı qiymət almaq imkanı olacaq.

Təhsil müəssisəsi

Gəncə Dövlət Universiteti

1939-cu ildə Kirovabadda (Gəncə) Azərbaycanın qərb zonasına müəllim kadrlarının hazırlanması üçün iki illik Müəllimlər İnstitutu təşkil etmişdir. Müəllimlər İnstitutunun məzunları natamam ali təhsil alırdılar. 1943-cü ildə institut ali təhsil müəssisəsinə çevrildi - Kirovobad Dövlət Pedaqoji İnstitutu və ona görkəmli Azərbaycan pedaqoqu və ictimai xadimi Həsənbəy Zərdabinin adı verildi... daha ətraflı