Tələbəliyin əsas mövzuları

TOP 5 - ən yaxşı şparqalkalar

TOP 5 - ən yaxşı şparqalkalar

Demək olar ki, bütün məktəblilər və tələbələr şparqalkadan istifadə edir. Ümid edirlər ki, köçürmək və yaxşı qiymət almaq imkanı olacaq. Əgər dərsə və ya imtahana hazırlaşmaq istəmirsinizsə, yaxud material çox böyükdürsə və yadınızda qalmırsa, onda şaprqalka hazırlamaq lazımdır. Students.az saytı məlumatı nəzərə çarpmadan köçürmək və yaxşı qiymət almağa kömək edəcək ən yaxşı şparqalkalar top 5-liyini sizə təqdim edir.

Qədim və əziz klassika

Balaca vərəqlərdə xırda hərflərlə suallara cavab yazılır. Ekstremal vəziyyətdə lazımlı məlumatı tapmağı asanlaşdırmaq üçün yuxarıda daha yağlı şriftlə biletin nömrəsini və ya mövzunun adını yazmaq olar. Kağızda qarmon şəklində qatlar düzəltmək olar. Şparqalkanı gizlətmək üçün onu rezinlə əlinizə bağlayın və gizlədin.

Bomba

Bu, əvvəlcədən düzgün cavablar yazılan vərəqdir. İmtahan və ya yoxlama zamanı özünüzü yazırmış kimi göstərirsiniz, sonra isə lazım olan anda qaralamanızı “bomba” ilə əvəz edirsiniz. Belə şparqalkaların hazırlanmasına çox vaxt sərf edilir. Bu növ şparqalkaların istifadəsi risklidir. İmtahanı təhcil verdikdə, qaralamanı şparqalka ilə əvəz edə bilməyərək pis vəziyyətə düşə bilərsiniz. Lakin bu işi həyata keçirə bilsəniz əla qiymət alacaqsınız. Ən əsası bombanı həddən artıq ideal hazırlamayın, bir neçə yerdən pozaraq qaralayın.

Telefon

Əlbəttə ki, kağız şparqalkalar zamanın sınağından keçib, lakin onlardan köçürməyə həmişə imkan vermirlər. Axı müəllimlər də məktəbli və tələbə olub və “hiylələrin” bir çoxunu bilir. Buna görə də daha müasir yollardan istifadə etmək lazımdır. Məsələn: telefonda internetdən istifadə edərək lazım olan sualı axtarış sisteminə yazmaq. Əgər xüsusi bacarıqlarınız varsa, xüsusi mini proqram yaratmaq və proqrama sualların cavabını yükləmək olar. Bu zaman sadəcə biletin nömrəsini və ya açar sözü daxil etdikdə proqram lazım olan səhifəni açacaq.

Pleyer

Lazım olan məlumatı yavaş-yavaş pleyerə diktə edin və ayrı-ayrı fayllara yerləşdirin. Qurğunu kəmərə bərkidin, bir qulaqcığı taxaraq saçlarınızın altında gizlədin (qızlara daha asan olar) və nəzərə çarpmadan lazım olan audio yazını tapın.

Hands free

Bu aksessuarı günümüzdə istənilən mobil telefon üçün əldə etmək olar. "Hands free" qulağa taxılır və saçla örtülür. Sinfə və ya auditoriyaya girməzdən əvvəl sizə diktə edəcək “partnyorunuzla” əlaqə saxlayın. Bilet çəkdikdən sonra asta səslə sualı və ya biletin nömrəsini deyin . Yerinizə əyləşərəq özünüzü qələm istıyirsiniz kimi göstərərək sizinlə əlaqədə olan adama sualı deyə bilərsiniz.

Səhifəni bəyəndin? Dostlarla bölüş!

Digər məqalələr

Humanitar ixtisaslar

Günümüzdə humanitar ixtisaslar dəqiq elmlərlə əlaqəli ixtisaslarla layiqli rəqabət aparır. Bu ixtisaslara yiyələnməyə insan bütün ömrünü sərf edə bilər. STUDENTS.AZ portalı humanitar peşələrin ən populyarlarından ibarət siyahı düzəldib.

Baharda təhsilə qeyri-ciddi yanaşma və ya ambisiyalar – böyük qüvvə!

Bizim tələbə qəlbimizin dərinliyində, pizza və yırtıq cinslərə olan sevgimizin altında təhsilə meyl var. Müəllimlərin və valideynlərin istədiyi qədər olmasa da, o var.

МВА25 Bakıda: IE, IESE, SDA Bocconi və Duke Fuqua sizinlə görüşü gözləyirlər!

MBA25 – bu xüsusilə МВА hadisəsidir, hansında ki, siz dünyanın ən yaxşı biznes məktəblərinin – IE, IESE, SDA Bocconi və Duke Fuqua – qəbul komisiyalarının nümayəndələri ilə şəxsən görüşə bilərsiniz, həmçinin onların nümayəndələrindən proqramlar və daxil olmalar haqqında informasiya sessiyalarında iştirak edə bilərsiniz.

“Beynəlxalq təhsil” sərgisi

Əgər təhsilin keyfiyyətinin həyat səviyyəsinə müsbət təsir etdiyindən əminsinizsə, əgər siz dünyanın əsas təhsil tendensiyasından geri qalmaq istəmirsinizsə və xaricdən təhsil almaq arzusundasınızsa magistratura və ya ikinci ali təhsil proqramını seçin və

Qış sessiyası

Bir çox tələbələrin qızıl qaydaları: imtahandan öncəki gecə başı yumaq olmaz.

Tələbəlik inancları

Yeni il ərəfəsi hər bir ali məktəbdə müxtlif parlaq tədbirlər zamanıdır. Bəzi bayramlar əyləncə xarakteri daşıyır, məsələn, kimya ixtisasının tələbələri üçün "Yeni il Kimya şousu" ənənəvi mərasimdir.

Təhsil müəssisəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin 1999-cu ilin 3 yanvarında imzaladığı ilin ilk fərmanı, respublikada dövlətçiliyin, elm və təhsilin inkişafı üçün çox əhəmiyyətli bir sənəd oldu. Həmin tarixdən ölkənin və dövlətçiliyin inkişafı və möhkəmlənməsi üçün zəruri sayılan yeni elm və təhsil ocağı yaradıldı... daha ətraflı